Türkiyə millisi qrupdan çıxa biləcəkmi? - PROQNOZLAR
AVRO-2020-nin 4 oyunu Azərbaycanda baş tutacaq. Qardaş Türkiyə Bakıda 2 qrup oyunu keçirəcək.
Azərbaycan azarkeşlərinin Türkiyə millisinə dəstəyilə baş tutacaq oyunlarla bağlı mütəxəssislərin fikirlərini öyrənməyə çalışdıq.
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Publika.az-a açıqlamasında bildirdi ki, Türkiyə milli komandasının əsas oyunçularının çoxu xaricdə oynayır və daha təcrübəlidirlər: "Türkiyə öz oyunu ilə qrupdan çıxacaq. Türkiyə 2002-ci ildə üçüncü yeri qazandı. İştirak edən oyunçuların əksəriyyəti Almaniyada dərs almışdı. Türk olsalar da, futbol təhsili xaricdə idi. Deyərdim ki, Türkiyə indiki halda daha da güclüdür. Çünki Türkiyənin əsas oyunçuları xaricdə oynayırlar. İngiltərə, İtaliya, İspaniya, Fransa çempionatlarında türk oyunçuları iştirak edirlər, güclü performans sərgiləyirlər. İndiki halda da Türkiyə çox yaxşı vəziyyətdədir. Düşünürəm ki, Türkiyə öz uğurlu oyunu ilə qrupdan çıxacaq. Həmçinin medallar uğrunda da mübarizə apara bilər. Türkiyə iki oyununu Bakıda oynayacaq. Stadionda on ikinci oyunçu bizim azarkeşlər olacaq. Yalnız iki ölkədə stadiona azarkeşlərin 50 faizi buraxılacaq".
AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev isə qeyd etdi ki, Türkiyənin üstünlüyü Azərbaycanda oynamasıdır: "Ümumiyyətlə, qrupda İtaliya digər millilərdən fərqlənir. Yəni qrupda olan Türkiyə, Uels və İsveçrənin şansları demək olar ki, bərabərdir. Burada Türkiyənin əsas üstünlüyü Bakıda oynamasıdır. Çünki azarkeşlərin Türkiyəni dəstəkləməsi onlara əlavə güc verəcək. Kağız üzərində favorit İtaliya görünür. Ancaq Türkiyə milli komandasının əhval-ruhiyyəsi çox yüksəkdir. Oyunçular da qalib gəlmək üçün əllərindən gələni edəcəklər".
"Qol.az" saytının baş redaktoru Aydın Bağırov bildirdi ki, qrupun İtaliyadan sonrakı favoriti Türkiyədir: "Türkiyə Avropa çempionatının seçmə mərhələsində qrup ikincisi olub. Bu gün Türkiyə milli komandasının futbolçularının ümumi səviyyəsi ürəkaçan vəziyyətdədir. Əsas odur ki, Türkiyə AVRO-2020-yə zədəli futbolçuları olmadan gəlib. Bu, komanda üçün böyük bir faktordur. Komandanın ümumi psixoloji vəziyyəti çox yüksək görünür. Nəzərə almaq lazımdır ki, Türkiyənin ikinci oyunu Bakıda keçiriləcək və bu da oyunçular üçün əlavə psixoloji dəstək olacaq. Düşünürəm ki, Türkiyə qrup ikincisi olacaq".
Rahib Ələsgərli
Kurslar.az kurslar [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu