Türkiyə müdafiə naziri: "Zəngəzur dəhlizi heç bir ölkə üçün təhlükə yaratmır"
Zəngəzur dəhlizi heç bir ölkə üçün təhlükə yaratmır.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar "TRT World" telekanalının "Twitter" səhifəsində yerləşdirdiyi "Qafqaz regionu: sülh və barışıq üçün unikal fürsət" adlı məqaləsində yazıb.
"Zəngəzur dəhlizi heç bir başqa ölkə üçün təhlükə yaratmır. Əksinə, bu, regional əməkdaşlığa, sabitliyə və inkişafa təkan verəcək", – Akar yazıb.
Tvitdə qeyd olunur ki, Zəngəzur dəhlizinin – Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən quru yolunun açılması üçtərəfli bəyanatda (9 noyabr 2020-ci il tarixli) Ermənistan tərəfinin qəbul etdiyi şərt idi. Azərbaycan da öz növbəsində Laçın dəhlizi ilə Ermənistandan Qarabağa quru əlaqəsinə razılıq verib.
"Bu, iki ölkə arasında sülh və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım idi", – deyə Akar qeyd edib.
Türkiyəli nazirin sözlərinə görə, Azərbaycanla quru əlaqəsi olmayan Naxçıvanın insanların və malların sərbəst hərəkəti üçün Zəngəzur dəhlizinə böyük ehtiyacı var.
"Bu, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün böyük potensialı ortaya çıxaracaq. Və bu, hamı üçün davamlı sülhə və iqtisadi rifaha gətirib çıxaracaq", – deyə Hulusi Akar bildirib.
Xuraman Etibarlı,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi