Türkiyə nümayəndə heyəti Dövlət Komitəsində olub - FOTOLAR

Türkiyə nümayəndə heyəti Dövlət Komitəsində olub - FOTOLAR Azərbaycana səfərə gələn Türkiyə Böyük Millət Məclisi üzvləri, hakim Ədalət və İnkişaf Partiyası təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları,  alimlər və sahibkarların daxil olduğu Türkiyə nümayəndə heyəti II Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının əziz xatirəsini ehtiramla yad ediblər.
azxeber.com Unikala-a istinadən xəbər verir ki, nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. 
"Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı artıq bütün dünyada unikal bir nümunəyə çevrilib. Ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətləri bütün sahələrdə uğurla inkişaf edir, əlaqələrin bugünkü yüksək səviyyəsi tarixi köklərə, dərin siyasi-ideoloji prinsiplərə əsaslanır. Prezident İlham Əliyevin bizə tapşırığı ölkələrimiz və diasporlarımız arasında əməkdaşlığı daha da inkişaf etdirmək, vahid diasporun formalaşmasına töhfələr verməkdir. Sizin səfəriniz bu istiqamətdə müzakirələrin aparılması baxımdan da xüsusi əhəmiyyətə malikdir"- komitə sədri bu sözləri Türkiyə nümayəndə heyəti ilə görüşdə səsləndirib. 
Görüşdə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi", Şuşa və Kayseri şəhərlərinin qardaşlaşması, Kayseridə Şuşa Azərbaycan Evinin uğurlu fəaliyyəti barədə danışılıb, diasporlarımız arasındakı əlaqələrin perspektivləri müzakirə olunub.  
Türkiyə Böyük Millət Məclisinin üzvləri Hulusi Akar, Şamil Ayrım, Sayın Bayar Özsoy və digər şəxslər səfərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Türkiyə ilə Azərbaycanın regionda və dünyadakı nüfuzuna, güclərimizi birləşdirməyin vacibliyinə diqqət çəkən Türkiyə Böyük Millət Məclisinin üzvü Hulusi Akar bu səfərdən böyük məmnunluq duyduğunu bildirib. Hulusi Akar, həmçinin Azərbaycan diasporunun informasiya müharibəsindəki rolunu xüsusi qeyd edib.  
Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Kayseri və Şuşanın qardaşlaşmış şəhərlər olmasının önəmini vurğulayıb, Türkiyədə yaşayan və təhsil alan azərbaycanlıların iki ölkə arasında körpü rolunu oynadıqlarını nəzərə çatdırıb.
Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib. 
Kayseri Talas bələdiyyəsinin sədri Mustafa Yalçına və Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Qənbərova təltif olunduqları "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim olunub. 
Türkiyə nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edəcək. 
Qeyd edək ki, səfər Kayseridə fəaliyyət göstərən Şuşa Azərbaycan Evinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.
Türkiyə nümayəndə heyəti Dövlət Komitəsində olub - FOTOLARTürkiyə nümayəndə heyəti Dövlət Komitəsində olub - FOTOLAR

Sosial       Tarix: 12 aprel 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag axsam az xeberler son xeberler bu gun cəbhədən son xəbər