Türkiyə prezidenti ABŞ-yə səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edəcək.
Səfər sentyabrın 17-21-də baş tutacaq.
Məlumata görə, Türkiyə prezidenti BMT Baş Assambleyasında dünya liderləri qarşısında çıxış edəcək. Türkiyə liderinin islamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsi və digər mövzularda mühüm mesajlar verəcəyi gözlənilir.
Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və təşkilatın bütün 193 üzvünün daxil olduğu BMT-nin əsas məşvərətçi, siyasi və nümayəndəlik orqanıdır. Assambleyanın əsas sessiyası hər il sentyabr-dekabr aylarında keçirilir.
Bundan əlavə, sentyabrda Türkiyə prezidenti G20 liderlərinin sammitində iştirak edəcək. Sammitdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ