Türkiyə səfiri: 'Şuşa Bəyannaməsi hər kəs üçün bir tapşırıqdır
"30 il ərzində azərbaycanlı hərbçilər Türkiyədə təlimlər keçdilər, təhsil aldılar. 30 il ərzində Türkiyə və Azərbaycan güclənib".
azxeber.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan Xarici İşlər Nazirliyi ilə ADA universitetinin birgə həyata keçirdiyi "Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri" mövzusunda "Diplomatiya həftəsi" çərçivəsində "Şuşa Bəyannaməsindən sonra Türkiyə-Azərbaycan müttəfiqlik münasibətləri, yeni regional reallıqlar və Qarabağın yenidən qurulması və inkişafında Türkiyənin rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxış edərkən deyib.
Onun sözlərinə görə, nəticədə Azərbaycan Ordusunu gücləndirərək 44 gün ərzində 30 illik işğalı sona çatdırıb:
"Azərbaycan-Türkiyənin əlaqələri bölgədə digər ölkələrə də örnəkdir. Dostlar, əlinizin altında həmişə Şuşa Bəyannaməsi olsun. Onu sətir-sətir bilməliyik. Şuşa Bəyannaməsi hər kəs üçün bir tapşırıqdır. Şuşa Bəyannaməsi hər birimiz üçün yol xəritəsidir. Prezidentlərimizin belə bir ifadəsi var: "Gücümüz birliyimizdədir!" Birlikdə olarsaq əlimiz daha güclü olar. Biz həmişə bir yerdə və birlikdə olmalıyıq. Şuşa Bəyannaməsi gələcək üçün bir addımdır".

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?