Türkiyə yenə Rusiyadan analoqu olmayan silah alır: 2 ay sonra...
Türkiyə 2020-ci ildə Rusiyadan əlavə S-400 zenit raket kompleksi tədarük edə bilər.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib.
"Rossiya 24" telekanalına açıqlama verən Borisov Türkiyənin daha əvvəl imzalanmış müqavilənin üstünlüklərindən yararlanıb müdafiə kompleksi almasının ehtimal daxilində olduğunu vurğulayıb.
Qeyd edək ki, bənzər açıqlama daha əvvəl Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin (FSVTS) direktoru Dmitri Şuqayev tərəfindən də verilmişdi. O, Türkiyə ilə 2020-ci ildə S-400 hava hücumundan müdafiə sisteminin ikinci partiyasının təhvil verilməsinə dair razılaşma imzalanmasının yüksək ehtimal olduğunu demişdi.
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bu gün verdiyi açıqlamada ötən il təhvil alınan S-400-lərin quraşdırılma mərhələsində olduğunu, bu ilin aprel və ya may ayında istifadəyə hazır olacağını deyib.
Zümrüd /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi