Türkiyədə Azərbaycan kartları ilə aparılan əməliyyatların həcmi açıqlandı
Türkiyədə Azərbaycan kartları ilə aparılan əməliyyatların həcmi ildə təxminən 2 milyard ABŞ dollarına çatır.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Milli Ödəniş Sisteminin inkişaf siyasətinin hazırlanması şöbəsinin rəisi Ramil Mahmudov Bakıda "Ticarətdə qeyri-tarif maneələri" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan kartları Türkiyənin elektron ticarət platformalarında alış-veriş üçün fəal şəkildə istifadə olunur.
O qeyd edib ki, AMB-yə mütəmadi olaraq sahibkarlardan "Amazon" və "eBay "kimi platformalar vasitəsilə malların satışı, əsasən ödənişlərlə bağlı yaranan problemlərə görə müraciətlər daxil olur: "Lakin bu problem təkcə bizim ölkəyə xas deyil. Hər bir iri ticarət platformasının öz milli maraqları və siyasəti var. Əvvəllər xarici e-ticarət sistemləri tərəfindən Azərbaycan bazarına maraq az idi, çünki onların əsas diqqəti mal və xidmətlərin Azərbaycanda satışında maraqlı idilər. Lakin nağdsız əməliyyatların artımı ilə bağlı son statistik məlumatlar onların Azərbaycana marağını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın qonşu dövlətlərlə müqayisədə potensialı böyükdür".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır