Türkiyədə "Bir millət, iki dövlət" mövzusunda videokonfrans keçiriləcək - FOTO
Mayın 17-də Türkiyənin paytaxtı Ankarada Azərbaycanın dövlət müstəqilliyimizin 103-cü ildönümü münasibətilə Azərbaycan-Türkiyə münasibətləri və ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş "Bir millət, iki dövlət" mövzusunda videokonfrans keçiriləcək.
Publika.az xəbər verir ki, sosial şəbəkə profillərindən yayımlanacaq videokonfransda 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yol, tarixi dövlətçiliyin əsasları, AXC-nin süqutunun səbəbləri, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası və Azərbaycan-Türkiyə münasibətlərinin bərpasına yönəlik fəaliyyəti kimi məsələlərdən bəhs olunacaq.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attarın sədrliyi ilə keçiriləcək videokonfransda Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Erenin çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00-da) başlayacaq videokonfrans izləyicilər üçün açıqdır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər