Türkiyədə dollar yenə bahalaşdı: Azərbaycanda da gözlənilirmi?
Türkiyədə dollar bahalaşmaqda davam edir. Bu gün 1 dollar 22.85 türk lirəsi, 1 avro isə 24.55 lirəyə qədər artmaqla yeni rekord vurub. Bu gün Türkiyə lirəsi dollar qarşısında 5%-dən çox ucuzlaşıb. Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 21.4565 TL, satış üzrə 21.4952 TL müəyyən edib.
Bəs, Azərbaycanda necə dollar bahalaşa bilərmi?
İqtisadçı ekspert Emin Qəribli mövzu ilə bağlı azxeber.com-a açıqlama verib.
Ekspert bildirib ki, Türkiyədə dolların yenidən bahalaşması seçki öncəsi kampaniya ilə əlaqəlidir:
"Seçki öncəsi bu hal bir çox ölkələrdə yaşanır. Onu deyim ki, bu inflyasiyaya səbəb olur. Seçki öncəsi ölkənin xərcləri artır. Bu da öz növbəsində pulun dəyərdən düşməsinə gətirib çıxarır. Bundan əlavə Türkiyənin özünü bir neçə səbəbləri var. Səbəblərdən biri son vaxtlar neftində qiymətində müəyyən fərqlərin olmasıdır. Bu mənfi təsir göstərən amildir. Türkiyədə daima milli valyutanın dəyəri enir".
Emin Qəriblinin sözlərinə görə Azərbaycanda valyutanın düşməsi üçün əsaslar yoxdur:
"Azərbaycanda bu hal 2014-ci ildə neftin qiymətinin düşməsi ilə yaşandı. Valyuta ehtiyyatları azaldı. İndi tam əksinə valyuta ehtiyyatlarımız artır. Neftin qiyməti sabitdir, Azərbaycan ixracatı şaxələnir. Bunun üçün Azərbaycanda dolların qiymətinin bahalaşması ilə bağlı heç bir narahatlığın olmadığını düşünürəm".
Şəbnəm Zahir

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR