Türkiyədə fərqli mədəniyyətlərə aid 369 tarixi əsər tapıldı
Türkiyənin İzmir vilayətində fərqli mədəniyyətlərə və dövrlərə aid 369 tarixi əsər tapılıb.
Publika.az xəbər verir ki, tapıntılar arasında Bizans dövrünə aid sikkələr, sümükdən düzəltmə saç sancaqları, Osmanlı dövrünə aid 19 əlyazma kitab, XVIII əsrdə çəkildiyi ehtimal olunan 27 rəsm əsəri, eləcə də vaxtilə Cənubi Amerikada yaşayan Jivaro qəbiləsinə aid dörd insan kəlləsi və üç mumiya da var.
Tapılan müxtəlif elementlərdən ibarət 337 tarixi əsər İzmir Arxeologiya Muzeyi Baş İdarəsinə, 27 rəsm isə İzmir Rəsm, Heykəl Muzeyi və Qalereya Baş İdarəsinə təhvil verilib.
Əsərlər arasında həm Anadolu coğrafiyasından, həm də dünyanın müxtəlif yerlərindən materialların olduğu bildirilir. Onların bəzilərinin üzərində laboratoriya və DNT analizləri aparılacaq.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var