Türkiyədə həftəsonu küçəyə çıxma qadağası ləğv edildi
Türkiyədə həftəsonu küçəyə çıxma qadağası ləğv olunub.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterində yazıb.
Prezident bildirib ki, artıq bu tədbirin icrasına lüzum yoxdur: "15 bölgəmizi əhatə edən həftəsonu küçəyə çıxma qadağasını ləğv etmək qərarına gəldim. Bildiyiniz kimi, pandemiya dövründə millətimizi koronavirusdan qorumaq üçün çox sayda tədbir gördük. Ən son məhdudiyyətlərdən sonra həftəsonu küçəyə çıxma qadağasını tətbiq etməyi düşünmürdük. Amma yoluxma sayının 700-ə qədər çıxması bu qadağanı gündəmə gətirdi.
Səhiyyə Nazirliyimizin tövsiyəsi və Daxili İşlər Nazirliyimizin təlimatı əsasında ötən gün gecə bu həftəsonu da küçəyə çıxma qadağası elan olunmuşdu. Lakin vətəndaşlarımızdan gələn reaksiyalardan sonra qərarı bir daha nəzərdən keçirdik. 2,5 ay fasilədən sonra normal həyata addım-addım geri qayıdan vətəndaşların gündəlik həyat tərzini pozmaq ürəyimizə yatmadı".
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi