Türkiyədə hotel qiymətləri ucuzlaşacaq - RƏSMİ AÇIQLAMA
Türkiyədə istirahət mövsümü müddətində hotellərdə tətil qiymətləri artmayacaq və 2019-cu il səviyyəsində qalacaq.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Hotelçilər Dərnəyinin rəhbəri Sururi Çorabatır RİA "Novosti"yə açıqlamasında deyib.
Çorabatır bildirib ki, Rusiya Federasiyasından uçuşların başlamasından sonra qiymətlərdə dəyişiklik olmayacaq. Hətta bəzi hotel sahibləri müştəri cəlb etmək məqsədilə qiymətlərdə güzəştə getməyi planlaşdırır.
Bundan əlavə, hotel işçilərinə qonaqlardan hər hansı birində COVID-19 aşkar edildiyi zaman necə davranmaları barədə təlimat verilib: "Xüsusi izolyasiya otaqları təchiz edilib, məlumatlar dərhal Səhiyyə Nazirliyinə göndəriləcək. Hər kəs hotelin sertifikatlaşdırma proqramına uyğun olaraq hazırlanmış sxemə uyğun olaraq fəaliyyət göstərir. Qalan turistlər də sakit istirahət etməyə davam edirlər".
Dərnək rəhbərinin sözlərinə görə, Türkiyə hökuməti pandemiyadan zərər görən iqtisadiyyat sektorlarını və turizm sənayesini dəstəkləyir: "Yalnız Türkiyə deyil, digər ölkələr də turizm sektoru üçün yeni bir yol açmağa başlayıblar. Ancaq düşünürük ki, ölkəmiz xarici turistlərin, o cümlədən rusların üstünlük verdiyi yerlərdəndir".
Bundan əlavə, o, qidalanma normalarının epidemiya əleyhinə tələblərə uyğun olaraq dəyişdiriləcəyini söyləyib. Belə ki, hotellərdə, "hər şey daxil" sistemində işləyənlər də daxil olmaqla, qaydalar eyni qalacaq, lakin açıq bufetlər təşkil olunmayacaq. Maska, dezinfeksiya, sosial məsafə qoruma işarələrindən istifadə olunacaq.
Qeyd edək ki, avqustun 1-dən etibarən Rusiya Federasiyası Böyük Britaniya, Türkiyə və Tanzaniya ilə hava nəqliyyatını bərpa edib. Artıq Ankara və İstanbula uçuşlar başlanıb. Avqustun 10-dan etibarən Antalya, Bodrum və Dalaman kurortlarına da uçuşlar açılacaq.
Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə hər gün təxminən minə yaxın koronavirus infeksiyası aşkarlanır. Pandemiyanın başlanğıcından bu yana 230 mindən çox insan xəstələnib, onlardan 5,7 min nəfər ölüb.
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?