Türkiyədə karantin rejimi daha da sərtləşdirildi
Bu gündən etibarən Türkiyədə COVID-19-la bağlı qadağalar yenidən sərtləşdirilir.
Publika.az xəbər verir ki, bu qadağalar çərçivəsində ölkənin 58 vilayətində həftəsonu "evdə qal" rejimi şənbə və bazar günləri tətbiq ediləcək. Belə ki, bu vilayətlər Türkiyənin COVID-19 xəritəsində yüksək risk qrupuna daxil olub. Bu şəhərlərdə "evdə qal" rejimi cümə günü 21:00-dan bazar ertəsi 05:00-dək davam edəcək.
Yüksək risk qrupuna daxil olan şəhərlər arasında paytaxt Ankara, Antalya, İstanbul, İzmir kimi böyük şəhərlər də var.
Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən açıqladığı son həftənin statistikasına əsasən, ölkənin 81 vilayətinin hər birində yoluxma saylarında artım var. Ən çox artım olan şəhərlər arasında İstanbul da yer alır. Ölkənin COVID-19 xəritəsində əvvəlcə narıncı rənglə göstərilən şəhər, sonradan qırmızı rənglə işarətlənərək üçüncü pik həddə çatıb. Artan xəstə sayı xəstəxanalara da öz təsirini göstərir.
Tibb müəssisələrinin COVID-19 bölmələrində sıxlıq müşahidə edilir. Mütəxəssislər bunu SARS-CoV-2 virusunun yeni variantının ölkə ərazisində yüksək sürətlə yayılması ilə izah edirlər.
Qeyd edək ki, Türkiyədə son 24 saat ərzində 42 min 308 nəfərin COVID-19 testi pozitiv çıxıb, 179 nəfər isə xəstəlikdən həyatını itirib.
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək