Türkiyədə təyyarə qəzasında həlak olanların şəxsiyyəti müəyyənləşdi
Türkiyənin Kahramanmaraş bölgəsində qəzaya uğrayan Rusiyanın "Be-200" tipli amfibiya təyyarəsinin göyərtəsində olan səkkiz nəfərin meyiti "Sikorsky" helikopteri ilə hadisə yerindən götürülüb.
Publika.az xəbər verir ki, qəzada həlak olanların şəxsiyyəti müəyyən edilib və müayinə üçün Kahramanmaraşda tibbi ekspertizaya verilib.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli faciə ilə bağlı açıqlamasında bildirib ki, təyyarənin "qara qutu"su araşdırlandan sonra ictimaiyyətə daha geniş məlumat veriləcək.
İlkin məlumata, o cümlədən şahid ifadələrinə görə, dağlıq bölgədə alovların üstünə su tökən təyyarə müvazinətini itirərək qayaya ilişib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu üzüntülü hadisə ilə bağlı Türkiyə və Rusiya xalqlarına başsağlığı verib. Nazir ifadə edib ki, meşə yanğınlarında iştirak edən bu şəxslərin fədakarlığı unudulmayacaq.
Qeyd edək ki, Türkiyə Meşəçilik Baş İdarəsi tərəfindən Rusiyadan icarəyə götürülən "Be-200" tipli amfibiya təyyarəsi avqustun 14-də Ankara vaxtı ilə saat 14:35-də su tökməklə meşə yanğınlarına müdaxilə edərkən qəzaya uğrayıb. Göyərtədə üçü türkiyəli mütəxəssis, beşi rusiyalı hərbçi olmaqla səkkiz nəfər olub.

Tovuzda qəza oldu - Ölən var
Səhhəti ilə bağlı iddialara cavab verdi
"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ
Milli Məclis Prezident və xanımını təbrik etdi
Məşhurlar DÇ-2026 oyununda
Papoyan Ermənistanı xilas etmək üçün təcili Rusiyaya gedəcək
Yeniyetmənin meyiti Quşçu kəndində tapıldı
76 yaşlı kişi yıxılaraq həyatını itirdi
Leysan və dolu Ankarada subasmaya səbəb olub
DİN "Son zəng" tədbirləri ilə bağlı məlumat yaydı
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İlham Əliyev Britaniya Kralını təbrik etdi
Qızıl bahalaşdı
Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib
Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi