Türkiyədə yanğınlarla bağlı SON VƏZİYYƏT
Türkiyədə 3 vilayətdə 7 meşə yanğını hələ də davam edir.
Publika.az xəbər verir ki, yanğınlarla bağlı son vəziyyəti açıqlayan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib ki, son 5 gündə 32 əyalətdə baş verən 119 yanğın nəzarət altına alınıb.
Onun sözlərinə görə, Antalyanın Gündoğmuş və Manavqat, Muğlanın Marmaris, Köyceğiz, Milas və Seydikemer bölgələrində və Tuncelidə meşə yanğınlarını söndürmək üçün havadan və qurudan müdaxilə davam edir.
Muğlanın Milas bölgəsində Beyciler məhəlləsində meşəlik ərazidə başlayan yanğın qısa müddətdə yayılıb. Alovlar Çökertme, Bozolan, Fesleğen, Gökbel ve Türkevleri məhəllələrinə sıçrayıb.
Muğlada yanğınların söndürülməsinə 4 təyyarə, 1 pilotsuz uçuş aparatı, 17 helikopter, 186 susəpən, 93 yanğınsöndürən, 414 avtomobil, 55 ambulasn və 1 457 nəfər yanğınsöndürən cəlb olunub.
Bir sıra rayonlardan sakinlər təxliyə edilib.
Yanğınlar nəticəsində vəfat edənlərin sayı 8-ə yüksəlib.
Mersinin Silifke bölgəsində isə 3 gün əvvəl başlayan meşə yanğınını nəzarətə almaq mümkün olub.

Tovuzda qəza oldu - Ölən var
Səhhəti ilə bağlı iddialara cavab verdi
"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ
Milli Məclis Prezident və xanımını təbrik etdi
Məşhurlar DÇ-2026 oyununda
Papoyan Ermənistanı xilas etmək üçün təcili Rusiyaya gedəcək
Yeniyetmənin meyiti Quşçu kəndində tapıldı
76 yaşlı kişi yıxılaraq həyatını itirdi
Leysan və dolu Ankarada subasmaya səbəb olub
DİN "Son zəng" tədbirləri ilə bağlı məlumat yaydı
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İlham Əliyev Britaniya Kralını təbrik etdi
Qızıl bahalaşdı
Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib
Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi