Türkiyədə yeni tədris ilinə HAZIRLIQ BAŞLADI
Türkiyədə 2021-2022-ci tədris ilində təhsilin əyani davam etməsi məqsədilə sistemli tədbirlərə başlanılıb.
Publika.az xəbər verir ki, milli təhsil naziri Mahmut Özer bu barədə ölkənin bütün vilayətlərinin təhsil idarələrinə yazılı təlimat göndərib. Bildirilir ki, Milli Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən bütün təhsil müəssisələrində yeni tədris ili sentyabrın 6-da başlanacaq. Ötən illərdəki kəsir problemləri ilə bağlı qərarlar sentyabrın 12-də icra olunmalıdır.
Qeyd edək ki, Türkiyə hökumətinin qərarı ilə növbəti tədris ilində dərslər əyani başlanacaq və yeni növ koronavirus (COVID-19) infeksiyası risklərini aradan qaldırmaq üçün bəzi mühüm tədbirlər görüləcək. Təhsil müəssisələrində çalışan peyvənd olmayan işçilər və müəllimlər həftədə məcburi qaydada infeksiyaya qarşı iki dəfə test olunacaqlar. Bundan başqa, maska taxmaq, sosial məsafə saxlamaq və təmizlik qaydalarına əməl etmək məcburidir. Məktəb nəqliyyat servislərində və yeməkxanalarda da sərt tələblər və xüsusi qaydalar tətbiq olunacaq.
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək