Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb - YENİLƏNİB-4
Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb.
KONKRET.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ nəticəsində 7634 nəfər yaralanıb.
***
16:14
Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb.
KONKRET.azTürkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
14:14
Türkiyədəki zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb.
KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, 5385 nəfər yaralıdır.
***
11:12
Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.
KONKRET.azxəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.
F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.
***
09:03
Kahramanmaraşın Pazarcık rayonunda yerli vaxtla saat 04:17-də 7,4 bal gücündə zəlzələ baş verib.
KONKRET.az"TRT Haber"ə istinadən xəbər verir ki, zəlzələ bir çox şəhərlərdə hiss olunub.
Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) yerli vaxtla saat 06:30-a olan zəlzələdə 7 vilayətdə 76 nəfərin həyatını itirdiyini, 440 nəfərin isə yaralandığını açıqlayıb.
İlkin məlumatlara görə, indiyədək Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman və Malatyada 76 nəfər həyatını itirib.
Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Malatya, Osmaniye, Hatay və Kilisdə isə 440 nəfər yaralanıb.
İqbal Rzayev,
KONKRET.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır