Türkiyədən Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı BƏYANAT

Türkiyədən Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı BƏYANATTürkiyədən Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı BƏYANAT
"Dünən Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə, beynəlxalq hüququn ən təməl prinsiplərinin, legitimliyin və ədalətin daxili siyasət mülahizələri naminə nəzərə alınmamasının ibrətlik nümunəsidir". 
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Qurum Fransa Senatının bu qərarı həm də həmsədrlər tərəfindən aparılmış ATƏT-in Minsk Qrupunun işini niyə bu günə qədər həll edə bilmədiyinin bariz göstəricisi adlandırıb.
"Ermənistanın əvvəlcə Tovuzda, daha sonra Dağlıq Qarabağda sərgilədiyi təcavüz və təxribatlardan sonra Azərbaycan lazımi cavabı verdi və 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad edərək, ərazi bütövlüyünü bərpa etdi", - deyə bəyanatda bildirilib.
Türkiyə XİN-in bəyanına görə, Azərbaycanın bu meydandakı nəticəsi BMT-nin qətnamələrində və Fransanın həmsədri olduğu Minsk prosesi zamanı qeydə alınan, lakin həyata keçirilməyən hüquqların konkretləşdirilməsində əks olunur. Çünki BMT-nin müvafiq qətnamələri ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tənzimləyir. 
"Belə bir vəziyyətdə Fransa Senatının Azərbaycanın işğaldan azad etdiyi öz torpaqlarından çəkilməyə çağırması, ciddiyə alınmayacaq qədər gülünc, qərəzli və qeyri-real anlayışın təzahürüdür.
Heç bir ağlabatan əsaslandırması olmayan bu məntiqdən məhrum qərar, Fransanın məsələnin həllinə həqiqi mənada töhfə verməsini məhdudlaşdırır", - deyə məlumatda bildirilir.
"30 ilə yaxındır davam edən Azərbaycan-Ermənistan münaqişəsində əldə olunan mərhələdə Fransanın  artıq düzgün nəticələr çıxarmaqla bölgənin sabitliyi üçün konstruktiv münasibət göstərəcəyinə ümid edirik. Bunun üçün mövcud həqiqətlərə əsaslanan beynəlxalq hüquqa uyğun qalıcı bir həll yolu tapmaq üçün səy göstərmək kifayətdir", - bəyanatda vurğulanıb.
Türkiyə XİN Ankaranın yaxın ərazilərdə on illərdir davam edən bu münaqişənin regional sülh və sabitliyinə töhfə vermək üçün digər müttəfiqləri kimi Fransa ilə birlikdə çalışmağa hazır olduğunu vurğulayıb. /oxu.az

Siyasi       Tarix: 26 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua


yeni xeberler son xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun ən son xəbər son.xeber şou biznes xəbərləri