Türkiyədən Moskva bəyannaməsinə müsbət REAKSİYA
"Şuşa bəyannaməsi Türk dövlətləri, diasporlar və bölgədəki digər ölkələr üçün vacib bir sənəddir. Digər tərəfdən, Azərbaycan müstəqil dövlətdir, istənilən ölkə ilə müttəfiqlik bəyannaməsi bağlaya bilər".
azxeber.com xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
Bu gün Azərbaycan və Rusiya arasında imzalanmış Moskva bəyannaməsinə münasibət bildirən AKP deputatı sözügedən sənədi müsbət qiymətləndirdiyini söyləyib:
"Əlbəttə ki, bizim üçün vacib olan Azərbaycanın qərarlarıdır. Müstəqil dövlət olaraq Azərbaycan öz mənfəətinə uyğun müqaviləyə imza ata bilər. Rusiya və Azərbaycan arasında əlaqələr normal vəziyyətdədir. Qarabağ müharibəsində də Rusiya Türkiyə ilə birlikdə önəmli yeri tuturdu. Bizim bu müqavilədən gözləntimiz bölgədə əmin-amanlığın təminatını yaratmasıdır. Ümumilikdə isə deyə bilərəm ki, bu, ölkə arasında normal prosedurdur.
Eyni zamanda müqavilə barədə kimlərsə başqa cür düşünə bilər. Hazırda Ukrayna müharibəsi var. Bu məsələ kənardan Rusiya sanki Azərbaycanı yanına alacaq kimi şərh edilə bilər. Amma bunu belə düşünmək lazım deyil. Azərbaycan və Türkiyə arasında bağlanan müqavilə beynəlxalq hüquqa dayanır. Bu müqavilədə də yəqin ki, beynəlxalq hüquq qorunur", - deyə Şamil Ayrım Moskva bəyannaməsinə müsbət rəy verib.
Qeyd edək ki, bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var