Türkiyədən Yunanıstanın "müharibə" təhdidinə cavab: Ordumuz istənilən an...
Türkiyə Yunanıstanın Müdafiə naziri Nikos Panaqiotopoulosun "Türkiyə ilə müharibəyə hazırıq" açıqlamasına reaksiya verib.
Publika.az xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar ordunun bütün vəzifələrə hazır olduğunu bildirib.
"Bunu demək məcburiyyətindəyəm. Bu, kimisə təhdid etmək, yaxud kiməsə qarşı təxribat deyil. Lazım olarsa, Silahlı Qüvvələrimiz veriləcək hər cür vəzifəni yerinə yetirə biləcək gücdədir. Türkiyə dövlətini qorumaqda son dərəcə əzmliyik", - Akar bildirib.
Qeyd edək ki, Türkiyənin "Rəsmi qəzeti"nin Yunanıstan adaları yaxınlığında dövlətin türk neft şirkəti tərəfindən karbohidrogen ehtiyatlarını öyrənmək və istehsal etmək lisenziyası üçün müraciətləri dərc etməsi Yunanıstanda narazılığa səbəb olub. Bundan sonra Yunanıstanın müdafiə naziri Türkiyə ilə müharibəyə hazır olduqları açıqlamasını verib.
Asif
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək