Türkiyəli deputatın üzr istəməsi tələb olundu

Türkiyəli deputatın üzr istəməsi tələb olundu"Türkiyə-Azərbaycan münasibətləri hər cür ölkədaxili siyasi rəqabətin və partiyalararası münasibətlərin fövqündədir".
KONKRET.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, bu münasibətləri təyin edən hər iki ölkənin xalqlarının milli iradəsidir.
"Belə olan halda Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salamaq niyyətləri əslində milli iradənin əleyhinə yönələn mövqe hesab edilməlidir. Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Ərdoğdunun Azərbaycan və Türkiyə arasındakı enerji sahəsində əlaqələri qarışıq və qaranlıq əlaqələr kimi təqdim etməsi əsla yolverilməzdir və hər iki dövlətin milli maraqlarına ziddir. Hazırki tarixi mərhələdə isə hər iki qardaş ölkənin prezidentlərinin səyi nəticəsində bu münasibətlər öz inkişafının zirvəsinə çatıb və Şuşa bəyannaməsi ilə taclandırılıb. Bu mühüm srateji sənəd iki qardaş ölkənin təhlükəsizliyinin birlikdə təmin edilməsi üçün fövqəladə əhəmiyyət daşıyır. Məhz belə bir tarixi sənədin hər iki qardaş ölkənin parlamentlərində müzakirəsi və təsdiq edilməsi günlərində bu cür əssasız ittihamların səsləndirilməsi də ayrıca bir narahatlıq yaradır və verilən açıqlamanın təsadüfi olmadığı təssüratını yaradır. Belə olan halda ictimai rəy verilən yersiz və əsassız açıqlamanın hansı məqsədə və kimə xidmət etdiyi sualını aktuallaşdırır", – deyə deputat qeyd edib.
Hikmət Babaoğlu bildirib ki, Şuşa bəyənnaməsi regionda sülhü dayanıqlı və davamı etməyə, rifaha və regional iqtisadi inteqrasiyanın təhlükəsizliyinin qorunmasına xidmət edir .Bunu istəməyənlər isə terroristlər və işğalçılıq siyasətindın əl çəkmək istəməyənlərdir.
"Belə olan halda Aykut Ərdoğdu öz açıqlamasını geri götürməli Türkiyə və Azərbaycan ictimaiyyətindən üzr istəməlidir", – deyə Milli Məclisin deputatı vurğulayıb.

Siyasi       Tarix: 04 fevral 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler bugun xeberler valyuta qurban bayrami 2026