Türkiyəli ekspertdən ŞOK: "İsrail hücumda İran daxilindən dəstək alıb"

Türkiyəli ekspertdən ŞOK: "İran və İsrail Orta Şərqdə uzun illərdir bir-birinə düşmən münasibəti bəsləyən iki dövlət kimi tanınır. Rəsmi ritorikada düşmən kimi təqdim olunsalar da, bu iki ölkə əslində bir-birinin varlığını qoruyaraq siyasi sabitliklərini təmin edirlər və görünməyən şəkildə dolaylı əməkdaşlıq aparırlar.
İllərdir İran və İsrail arasında baş verən qarşılıqlı hücumlar əsasən xəbərdarlıq xarakterli, öncədən razılaşdırılmış, ABŞ vasitəsilə dolayı yollarla ötürülən siqnallarla müşayiət olunub. Adətən İsrailin hücumundan sonra İran sərt bəyanatlar verir, "intiqam alınacaq", "İsrail yer üzündən silinəcək" kimi çıxışlar edir, lakin faktiki cavablar cüzi və təsirsiz qalır".
Bu fikirləri KONKRET.az açıqlamasında Beynəlxalq siyasət üzrə türkiyəli ekspert İsmail Cingöz səsləndirib.
Türkiyəli ekspertdən ŞOK: "Bu dəfə isə vəziyyət fərqlidir. İsrailin son hücumu tarixə düşəcək ölçüdə böyük və genişmiqyaslı olub. Bu hücum ABŞ-ın uzun müddətdir qarşısını almağa çalışdığı bir ssenari idi. Çünki Vaşinqton və Tehran arasında Oman vasitəsilə dolayı danışıqlar aparılırdı. ABŞ prezidenti Donald Tramp İran prezidentinə məktub yazaraq birbaşa görüş təklif etmişdi. İran tərəfi isə yalnız dolayı təmaslara razı ola biləcəyini açıqlamış, lakin nüvə proqramının müzakirə mövzusu olacağını qəti şəkildə bəyan etmişdi. 2025-ci il iyunun 15-də Oman Sultanlığında növbəti görüşün keçirilməsi planlaşdırılırdı. Lakin İsrailin hücumundan sonra Tehran bu görüşü ləğv etdiyini açıqladı.
İsrailin həyata keçirdiyi əməliyyatın çox ciddi kəşfiyyat hazırlığı ilə müşayiət olunduğu aydındır. Tehran, Təbriz, Kirmanşah başda olmaqla, İranın müxtəlif bölgələrində hərbi obyektlər, komandanlıq mərkəzləri və nüvə elmi ilə məşğul olan mütəxəssislər yüksək dəqiqliklə hədəfə alınıb. İsrail Baş naziri Benyamin Netanyahu və Xarici İşlər naziri tərəfindən verilən açıqlamalarda bildirilib ki, İranın hücum gücü tamamilə məhv edilməyincə əməliyyatlar davam edəcək. İran isə növbəti dəfə intiqam və "İsrailin yerlə-yeksan ediləcəyi" ilə bağlı sərt bəyanatlar verib.
"İsrailin bu hücumları həyata keçirərkən İran daxilindən müəyyən dəstək almış olması ehtimalı da istisna edilmir. ABŞ isə bu hücumlarda iştirak etmədiyini və tərəf olmadığını bildirib. Amerikalılar özlərinin hədəf alınmamalı olduğunu vurğulayırlar. Lakin bəzi müşahidəçilərə görə, İsrailin ABŞ dəstəyi olmadan belə bir əməliyyatı gerçəkləşdirməsi çətin görünür.
İsrailin daxili siyasi dairələrində ABŞ və Avropanın onları istənilən halda dəstəkləyəcəyinə dair inam güclüdür. Bildirilir ki, Tramp İsrailin bu hücumunun qarşısını almağa çalışsa da, Netanyahu bu səylərə məhəl qoymayıb. Hazırda Vaşinqtonla Tehran arasında müzakirələr aparıldığı bir vaxtda bu əməliyyat həmin prosesə birbaşa zərbə kimi qiymətləndirilir.Lakin İranın bu hücumları gerçəkləşdirib-gerçəkləşdirməyəcəyi hələlik bəlli deyil. Tarixən İran sərt danışsa da, əməldə eyni sərtliyi göstərməyib".
Siyasətçi vurğulayıb ki, İsrailin bu hücumu etməsində əsas səbəblərdən biri də ABŞ ilə İran arasında aparılan nüvə danışıqlarının pozulmasına yönəlik gizli müqavimət ehtimalı göstərilir. Yəni İsrail İranı ABŞ-la danışıqlardan çəkindirmək istəyir.
"Bu hadisələrin beynəlxalq ticarətə və xüsusilə də enerji bazarına ciddi təsirlər göstərəcəyi gözlənilir. İran yaxın günlərdə Hörmüz boğazını bağlamaqla hədələyə bilər. Amma 1988-ci ildə İraq-İran müharibəsində belə bu addımı atmağa cəsarət etməmişdi. Çünki Hörmüz boğazının bağlanması ilk növbədə Çin olmaqla bir çox ölkənin neft idxalını iflic edə və bu, İrana qarşı daha sərt cavabların verilməsi ilə nəticələnə bilər. İranın bu addımı atmağa gücünün yetib-yetməyəcəyi böyük sual altındadır.
Gözləntilərə görə, bu münaqişənin böyüməsinin qarşısını almaq üçün Rusiya və Çin də prosesə müdaxilə edərək gərginliyi azaltmağa çalışa bilər. Xüsusilə, Rusiya hazırda Ukrayna müharibəsində İranın dron dəstəyi ilə müəyyən əlaqələr qurduğuna görə Tehranla münasibətləri saxlayır. Amma bu münaqişə davam etsə, İran Rusiyadan daha ciddi dəstək istəyə bilər. Lakin Moskvanın bu dəfə gözlənilən dəstəyi verəcəyi də sual altındadır.
Tehran bu hücumlara nə dərəcədə cavab verəcək , bunu yalnız zaman göstərəcək. Amma zəif cavab ehtimalı da istisna edilməməlidir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 14 iyun 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət sonxeber az az xeber cəbhədən son durum