Türkiyəli hərbi ekspert: "Azərbaycan FETÖ təhlükəsinə qarşı ən qətiyyətli mübarizə aparan ölkələrdəndir

Türkiyəli hərbi ekspert: "FETÖ yaradacağı təhlükəyə qarşı ən tədbirli davranan, qətiyyətli mübarizə aparan ölkələrdən biri də Azərbaycandır".
Bunu "Report"un Ankara bürosuna açıqlamasında Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar bildirib.
Ekspert deyib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin yerləşdiyi coğrafiya FETÖ terror təşkilatının ən fəal olduğu yerlərdən olub və bu təşkilatla mübarizədə Azərbaycan əvvəldən Türkiyə ilə koordinasiyalı işləyir:
"Azərbaycanda həyata keçirilən son əməliyyatlardan sonra FETÖ-nün hələ də varlığını qoruyub saxlamağa, aktiv olmağa çalışdığı məlum olur. Amma Azərbaycan da bu qurumun öz ölkəsində fəaliyyətinə imkan vermir, qarşısını alır. Bu baxımdan Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən bir sıra şəxslərin saxlanılması bu təşkilatla bağlı bir daha tədbirli olmanın vacibliyini ortaya çıxardı".
General-mayor Türkiyə Prezidenti Rəcəb Tayyb Ərdoğanın bir neçə gün əvvəl Polis Akademiyasının buraxılış mərasimindəki çıxışını xatırladaraq qeyd edib ki, dövlət başçısı FETÖ ilə mübarizədə mühüm ismarışlar verib: "Ərdoğan dedi ki, bu təşkilata qarşı mübarizədə cüzi zəiflik belə çox pis nəticələrə gətirib çıxara bilər, bir daha oxşar xəyanətlərə məruz qalmamaq üçün ayıq-sayıq olmalı, qabaqlayıcı tədbirlər görməliyik. FETÖ-nün dövlətimizdəki genişlənməsinin əhəmiyyətli bir hissəsinin qarşısı alınsa da, bu təşkilat "xüsusi ərazilər" kimi xarakterizə etdiyi və ən gizli missiyalarını həyata keçirdiyi silahlı qüvvələr, təhlükəsizlik və hüquq-mühafizə orqanları, kəşfiyyat strukturu, ədliyyə mexanizmi, təhsil müəssisələri, mətbuat və sair kimi mühüm sahələr hər zaman nəzarətdə saxlanılmalıdır".
Hərbi ekspert vurğulayıb ki, FETÖ ilə bağlı aparılan araşdırmalar, həbs olunanların etirafları istiqamətində Türkiyə kəşfiyyatı mühüm sənədləri deşifrə edib və əldə edilən məlumatlar əsasında son vaxtlar Türkiyədə genişmiqyaslı əməliyyatlar həyata keçirilib: "Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın verdiyi məlumata görə, son 2 ayda bu çərçivədə 905 əməliyyat keçirilib və 1 400-ə yaxın şəxs saxlanılıb. Onlardan 212-si həbs edilib, 261-i barəsində isə məhkəmə nəzarəti təyin edilib. Ölkə daxilində bu əməliyyatların yaxın günlərdə də davam edəcəyi bildirilir".
FETÖ terror təşkilatının təkcə Türkiyədə deyil, Amerika, Afrika, Avropa və Asiyada da təşkilatlanaraq fəaliyyətlər həyata keçirdiyini vurğulayan SDİ rəhbəri deyib ki, ölkəsi bu terror təşkilatının fəaliyyəti və strukturu ilə bağlı həm hüquqi, həm də diplomatik sahədə fəal mübarizə aparır:
"Türkiyə ilə əməkdaşlıq edən bəzi ölkələr təhlükənin böyüklüyünü dərk edərək bu təşkilatın fəaliyyətinə imkan vermədiyi halda, bəzi ölkələr hələ bu təhlükənin fərqində deyillər. Ona görə də hesab edirik ki, bu sahədə geniş əməkdaşlıq lazımdır. Bu baxımdan Azərbaycan Türkiyə ilə ən fəal əməkdaşlıq edən ölkədir. Azərbaycanın güclü dövlət strukturu var və təhlükələri aradan qaldırmaqda son dərəcə qətiyyətlidir. Bu kontekstdə hər cür terror təhdidinə qarşı Türkiyə və Azərbaycanın kəşfiyyat, təhlükəsizlik, polis qurumları arasında əməkdaşlıq və koordinasiyanın son dərəcə əhəmiyyətli olduğu açıq şəkildə görünür".

Sosial       Tarix: 30 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu son xəbərlər azərbaycanda valyuta mezenesi