Türkiyəli müğənninin özünə Yeni il hədiyyəsi: "Gəzən ev" aldı - FOTO
Türkiyəli müğənninin özünə Yeni il hədiyyəsi: "Gəzən ev" aldı - FOTO
Türkiyəli müğənni Aslı Hünel Yeni il hədiyyəsi olaraq özünə yeni lüks avtomobil alıb.
Avtomobili isə "Gəzən ev" adlandırıb.
Məhdud sayda istehsal olunan bu avtomobillərdə qəhvə maşını bölməsindən tutmuş xüsusi zərgərlik bölməsinə qədər hər şey var.
Türkiyəli iş adamı Savaş Yurtseverlə xoşbəxt evliliyi olan 45 yaşlı Aslı Hünel bu avtomobillə özünü mükafatlandırdığını bildirib.
O qeyd edib ki, televiziya proqramlarının çəkilişlərinə görə vaxtının çoxunu yolda keçirir və ona görə bu addımı atıb. "Çox işləyirəm və özümü mükafatlandırmaq istədim. Proqram çəkilişləri üçün diyar-diyar gəzirik. Həyatım sözün əsl mənasında yollarda keçir. Mən də buna görə özüm üçün "gəzən ev" düzəltdirdim", - deyə müğənni vurğulayıb.
İçində iki televizor, soyuducu, qəhvə maşını, peyk antenası, "Apple TV", paltar asılqanı, xüsusi zinət əşyaları bölməsinə qədər hər şeyin olduğu və xüsusi dizayn edilən avtomobilin qiyməti ilə bağlı isə müğənni açıqlama vermək istəməyib.




Mənbə: Haber Global / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Qızıl və gümüş bahalaşdı
"Hər həftə bir ev alırdım
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub