Türkiyəli nazir Qənirə Paşayevadan yazıb
"Salam olsun türk dünyasına!", "Salam Azərbaycan, Türkiyəmizə salam olsun". Türk dünyası üçün hər zaman mübarizə aparan qəhrəman Qənirə Paşayevanı bu sözlərlə xatırlayacağıq".
Bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Allah rəhmət eləsin. Bir millət, iki dövlət olaraq əziz xalqımıza başsağlığı verirəm", - deyə nazir əlavə edib.
Xatırladaq ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 24-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. / azxeber.com

Azərbaycanda orta aylıq maaş artdı - Amma
Anar İsrafilov vəzifədən getdi
Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edildi
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Zaqatalada su hovzunu təmir edən kişi yanıb
Pezeşkian onunla ABŞ ilə aparılan danışıqları müzakirə etdi
Dünya bu tarixdə tam qaranlığa qərq olacaq
Yay aylarında bu balıqları yeməyin
Məşhur hitin ifaçısı xəstəxanaya yerləşdirildi
Sumqayıtda yaşayış binasında partlayış: Yaralılar var
Kimlərə qarğıdalı yemək olmaz?
"Qarabağ"ın Avstriyadakı oyunu ləğv olundu
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəldi