Pezeşkian onunla ABŞ ilə aparılan danışıqları müzakirə etdi
Pakistanın daxili işlər naziri Möhsün Nəqvi İrana səfəri çərçivəsində bu ölkənin Prezidenti Məsud Pezeşkianla görüşüb, tərəflər ABŞ ilə aparılan danışıqları müzakirə edib.
KONKRET.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
"İran və ABŞ arasındakı razılaşma üzrə məsləhətləşmələri davam etdirmək üçün Tehrana gəlmiş Pakistanın daxili işlər naziri Möhsün Nəqvi bu gün axşam ölkəmizin Prezidenti Məsud Pezeşkianla görüşüb və danışıqlar aparıb", – məlumatda bildirilib.
Xatırladaq ki, Pakistan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda 21 iyun 2026-cı ildə İsveçrənin Bürgenstok şəhərində ABŞ ilə İran arasında texniki səviyyədə danışıqların aparılacağı açıqlanıb.
Danışıqlarda İranı parlamentin sədri Məhəmmədbaqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqiri, Mərkəzi Bankın sədri Əbdülnasir Hümməti, İran Milli Neft Şirkətinin rəhbəri Həmid Bord, xarici işlər nazirinin müavini Kazım Qəribabadi, XİN-in sözçüsü İsmayıl Bəqai və digər rəsmi şəxslər təmsil edir.
İran tərəfinin qabardacağı başlıca məsələ İsrailin Livana hücumlarıdır, çünki bu, anlaşma memorandumunun şərtlərinə ziddir.report.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK