Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB
Avropa İttifaqı (Aİ) yeni müqavilələr çərçivəsində Türkiyədən Aİ ölkələrinə tədarük ediləcək qazın Rusiya mənşəli olmaması barədə tələbini irəli sürəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Ankaraya rəsmi səfərinin yekunlarına dair bəyanatla çıxış edib.
Nazirin sözlərinə görə, rəsmi Ankara Brüsselin bu mövqedə qəti olduğunu anlayır.
"Bloomberg" agentliyi Katerina Rayxenin bu fikirlərini sitat gətirib: "Türkiyə Aİ-nin Rusiya xammalından imtina etməyə böyük önəm verdiyini başa düşür və bu reallığı qəbul edir".
Bununla belə, almaniyalı nazir Türkiyə rəsmilərinin məsələyə real yanaşmasını da diqqətə çatdırıb.
Ankara Rusiya qazının digər mənbələrlə əvəzlənməsinin qısa müddətdə mümkün olmadığını bəyan edib. Türkiyə tərəfi həm iqtisadi baxımdan, həm də mövcud resursların həcmi nöqteyi-nəzərindən Rusiya qazından birdən-birə imtina etməyin qeyri-real olduğunu bildirib.
Xatırladaq ki, Türkiyə 2022-ci ildə Rusiyanın "Qazprom" şirkətindən ən çox qaz alan ikinci ölkə olub. Hazırda Ankara ilə Moskva arasında 2026-cı ildən sonrakı dövr üçün qaz tədarükünə dair danışıqlar aparılır, çünki mövcud müqavilələrin müddəti başa çatmaqdadır. Türkiyənin energetika naziri Alparslan Bayraktar qeyd edib ki, tərəflər hələlik nə mümkün tədarük həcmləri, nə də yeni sazişlərin müddəti barədə yekun razılığa gəlməyiblər. ABŞ və Aİ-nin təzyiqləri fonunda Ankaranın necə bir balanslaşdırılmış siyasət yürüdəcəyi isə hələlik sual altındadır.Musavat.com

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK