Azərbaycanda orta aylıq maaş artdı - Amma

Azərbaycanda orta aylıq maaş artdı - AmmaAzərbaycanda orta aylıq əməkhaqqı 1172 manata çatıb. Rəsmi statistikaya görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artıb. Amma bəzi ekspertlər bunu Cənubi Qafqaz ölkələri ilə müqayisədə aşağı hədd sayır.
İqtisadçı Akif Nəsirli bildirir ki, bu vəziyyət Azərbaycan iqtisadiyyatının strukturundan qaynaqlanır:
"Ölkə iqtisadiyyatında neft-qaz sektoru hələ də dominant mövqeyə malikdir. Bu sahə böyük gəlir yaratsa da, nisbətən az sayda insanı məşğulluqla təmin edir. İnkişaf etmiş ölkələrdə isə yüksək əməkhaqqı əsasən yüksək texnologiyalar, maliyyə, logistika və xidmət sektorlarında formalaşır. Azərbaycanda isə bu sahələr hələ də iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilməyib".
Azərbaycanda maaşların region ölkələrindən geri qalmasının əsas səbəbi nədir?
KONKRET.azxəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu, nominal artımdır:
"Əməkhaqqı nominal olaraq artsa da, real ifadədə vəziyyət fərqlidir. Hazırda inflyasiya 6 faizdən, ərzaq inflyasiyası isə 6,7- 6,8 faizdən yuxarıdır. İnflyasiyanı nəzərə alsaq, təəssüf ki, insanların real gəlirləri artmayıb. Bu isə ciddi problemdir".
Natiq Cəfərlinin fikrincə, Azərbaycanda əməkhaqqının aşağı olmasının əsas səbəbi iqtisadiyyatın strukturu ilə bağlıdır:
"Ölkədə özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadiyyatda payı çox aşağıdır. Halbuki məhz bu sektor iqtisadiyyatın onurğa sütunu olmalıdır. Məsələn, Gürcüstanda kiçik və orta sahibkarlığın payı 50 faizdən yuxarıdır. İnsanlar özləri biznes qurur, gəlir əldə edir və nəticədə əməkhaqları da artır. Azərbaycanda isə bir çox sahələr dövlət sektorunun nəzarətindədir. Bu da özəl sektorun inkişaf imkanlarını, gəlir əldə etmək və böyümək fürsətlərini məhdudlaşdırır".
İqtisadçı əlavə edib ki, son bir ildə vergilər, rüsumlar və cərimələr də artıb:
"Bu amillər biznes fəaliyyətinə ciddi mənfi təsir göstərir. Nəticədə isə insanların gəlirlərinin artım tempini zəiflədir".

Siyasi       Tarix: 21 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır. xəbər verir ki, Zelenski ABŞ tərəfində

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə


son xeberler yeni xeberler azerbaycan xeberleri futbol xeberleri sonxabar en son xəbərlər bugün xeber.az bu gun