Türkiyəli siyasətçi: "5-6 aya NATO-dan çıxacağıq"
Türkiyə Vətən Partiyasının sədr müavini Ethem Sancak ölkəsinin NATO əlaqələri ilə bağlı tənqidi açıqlamalar verib.
KONKRET.azxəbər verir ki, Vətən Partiyasının təşkil etdiyi "NATO-dan çıxaq" kütləvi etirazları barədə danışan Sancak qeyd edib:
"NATO öz təxribatları ilə bizi bu hərəkətlərə məcbur edir. Nəhayət, qonşumuz Yunanıstanla bizi üz-üzə qoymağa çalışır. Türkiyə 5-6 aya NATO-dan çıxacaq. O, bizi Yaxın Şərqdə burulğana salmağa çalışır. Nəhayət, İsveç və Niderlandda Qurana qarşı edilən hərəkətlər göz qabağındadır. NATO-dan çıxmaq zərurətə çevrilib. Anketlərdə ABŞ-ın ən düşmən və dağıdıcı siyasət yürüdən ölkə olduğunu deyənlərin nisbəti 80 faizə yüksəlib. Həmçinin son vaxtlar Türkiyə xalqı Rusiyaya və Putinə böyük rəğbət bəsləməyə başlayıb".
Ethem Sancak qaçqınlarla bağlı da danışıb:
"Əsəd və qonşu ölkələrlə oturub sülh imzalayacağıq. Biz terror təşkilatlarını və ABŞ-ı dərhal Suriya ərazisindən çıxarmalıyıq. Suriyalılar və türklər qardaş xalqlardır. Ərəb qəbilələri arasında bizə ən yaxın olan suriyalılardır. Biz qaçqınların öz ölkələrinə təhlükəsiz qayıtmasını təmin etməliyik. Əsədin də qayıdışın əleyhinə olacağını düşünmürəm. Suriyanı birlikdə qura bilərik".//Oxu.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür