Türkiyənin düşməni QORXUYA SALAN yeni silahı: 250 km-dəki hədəfi dəqiqliklə vurur, radarlara

Türkiyənin düşməni QORXUYA SALAN yeni silahı: 250 km-dəki hədəfi dəqiqliklə vurur, radarlaraTürkiyənin ROKETSAN şirkəti dəniz hədəflərinə qarşı ilk milli raketin sınaq atışlarını tamamlayıb. Türkiyə KİV-ləri xəbər verir ki, sınaq atışları zamanı raket hədəfi yüksək dəqiqliklə vurub və seriya istehsalı başladılıb. İlin sonuna qədər "Atmaca" Türkiyə Hərbi Dəniz Qüvvələrinin silahlanmasına daxil olacaq.
ROKETSAN şirkətinin icraçı direktoru Murat İkinci bildirib ki, sınaq atışları zamanı "Atmaca" Türkiyə hərbi donanmasının "Kınalıada" korvetindən buraxılıb və 220 kilometr məsafədə dayanmış, istismardan çıxarılmış "Işın" gəmisini vurub. İkinci deyib ki, dəniz hədəflərinə qarşı bu cür yüksək dəqiqlikli raketlər dünyada çox az ölkə tərəfindən istehsal olunur. Onun sözlərinə görə, "Atmaca" raketlərinin sınaq atışlarının tamamlanması və seriya istehsalının başlaması Türkiyə Silahlı Qüvvələri baxımından çox ciddi nailiyyətdir. "Müdafiə Sənayesi Agentliyinin rəhbərliyi altında, ASELSAN, TÜBİTAK, SAGE kimi tərəfdaş şirkətlərlə birlikdə işləyib hazırladığımız bu raket Türkiyənin gəmilərə qarşı yüksək dəqiqlikli silahlara malik olmasına imkan yaradır, raket fərqli platformalarda istifadə edilə bilər",-o deyib.
Türkiyənin düşməni QORXUYA SALAN yeni silahı: 250 km-dəki hədəfi dəqiqliklə vurur, radarlaraMurat İkinci bildirib ki, raketin sınaq atışlarını Pakistan, Azərbaycan və İndoneziyadan nümayəndələr-hərbi attaşelər izləyiblər və onlar raketin yüksək dəqiqliklə hədəfi vurmasını çox yüksək dəyərləndiriblər. "Dost və qardaş ölkələrimiz buna bənzər silah sistemlərinə ehtiyac hiss edirlər. Onlar da eyni sıxıntılarla qarşı-qarşıyadır. Türkiyə olaraq biz də qabiliyyətlərimizi, istehsal etdiyimiz silahları dost və qardaş ölkələrlə paylaşmağa açıq olduğumuzu hər fürsətdə bəyan edirik. Hörmətli prezidentimiz də bu məsələdə çox qətiyyətli mövqe ortaya qoyur. Bu silah sistemlərinin hamısı dost və qardaş ölkələrdə də silahlanmaya qəbul ediləcək, nəticədə Türkiyə üçün ciddi ixrac potensialı yaranacaq",-ROKETSAN rəhbəri deyib.
ROKETSAN şirkəti "Atmaca" raketinin prototipini ilk dəfə 2019-cu il beynəlxalq müdafiə sərgisində nümayiş etdirib. Raketin mənzili 250 kiloqramdır, 250 kiloqram döyüş başlığı daşıyır və ümumi ağırlığı 800 kiloqramdır. Radarlara yaxalanmır və su səthinə çox yaxın hündürlükdən uçaraq hədəfə doğru şığıyır. (virtualaz.org)

/publika.az

Dünya       Tarix: 06 iyul 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbər beynelxalq bank mezenne xeberler az bugünki xəbərlər