"Türkiyənin ən yaxşı komandasına qarşı "Qarabağ"ın adı üçün oynayacağıq"

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Bakıda Türkiyənin "Qalatasaray" komandasına qarşı keçirəcəkləri xeyriyyə oyunundan öncə fikirlərini bölüşüb.
KONKRET.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Bu oyuna diqqət ayırdığı üçün hər kəsə təşəkkür edirəm. Türkiyə klubları ilə oynamaq bizim üçün motivasiyadır. Matçın mahiyyətini hər kəs dərk edir. Xüsusi qeyd etməli bir şey yoxdur. Türkiyənin böyük klublarından olan "Qalatasaray"ı burada qonaq etmək həm "Qarabağ", həm də ölkə futbolu üçün əlamətdar hadisədir. Hər kəsi oyuna dəvət edirəm. Hər iki komanda üçün dəstək lazımdır. Düşünürəm ki, sabahkı matç bütün azarkeşlərin zövqünü oxşayacaq".
O, natamam heyətlə oynamağın çətin olmayacağını söyləyib: "Biz hər zaman gücümüzü azarkeşlərimizdən almışıq. Onların sayəsində tam heyət ola bilərik. Vəziyyət məcburiyyətdən belədir. Əksər oyunçularımız milli komandalardadır. Rotasiyalar qaçılmazdır. Amma buna baxmayaraq Türkiyənin ən yaxşı komandasına qarşı "Qarabağ"ın adı üçün oynayacağıq".
Xatırladaq ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Qalatasaray" oyununa saat 20:00-da start veriləcək. Görüşdən əldə olunacaq bütün gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

İdman       Tarix: 26 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeberler xəbər havanın temperaturu son xeber 2026