Türkiyənin Gürcüstandakı səfirliyi erməniləri MƏYUS ETDİ
Gürcüstanda yaşayan ermənilər bu gün Tbilisidə Türkiyə səfirliyinin binası yaxınlığında qondarma "erməni soyqırımı"nın 106-cı ildönümünə həsr olunan aksiya keçiriblər.
Publika.az xəbər verir ki, aksiya Filarmoniya binasının qarşısından yürüşlə başlayıb.
Əllərində Ermənistan, Gürcüstan bayraqları və plakatlar olan ermənilər Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Polis səfirliyin ətrafında dəmir maneələr düzüb və təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyə səfirliyi aksiya iştirakçılarını cavab aksiyası ilə qarşılayıb.
Belə ki, diplomatik nümayəndəliyin həyətində səs gücləndiriciləri ilə türk marşları və nəğmələri yüksəkdən səsləndirilib. Bununla Türkiyənin ermənilərin yalan və əsassız iddialarını qəbul etmədiyi göstərilib.
Səfirliyin binası önündə isə Ağrı dağının fotoşəkilləri sərgilənib. Türkiyənin ən hündür dağının fotoları ötən gündən ölkənin Milli Suverenlik və Uşaq Bayramına həsr olunan tədbir çərçivəsində nümayiş etdirilir.
Cavab aksiyasına Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc də qoşulub. Onlar əllərində Azərbaycan və Türkiyə bayraqları ilə qardaş ölkəyə dəstək olublar.
Kurslar.az kurslar [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər