Türkiyənin Gürcüstandakı səfirliyi ermənilərin "soyqırımı" aksiyasını susdurub
Türkiyənin Gürcüstandakı səfirliyi ermənilərin "soyqırımı" aksiyasını susdurub
Gürcüstan erməniləri Tbilisidə Türkiyə səfirliyinin binası yaxınlığında uydurma "erməni soyqırımı"nın 106-cı ildönümünə həsr olunan aksiya keçirirlər.
"Report" xəbər verir ki, aksiya Filarmoniya binasının qarşısından yürüşlə başlayıb.
Əllərində Ermənistan və Gürcüstan bayraqları və plakatlar olan aksiya iştirakçıları Türkiyə əleyhinə şüarlar səsləndirirlər. Polis səfirliyin ətrafında dəmir maneələr düzüb və təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyə səfirliyi aksiya iştirakçılarını cavab aksiyası ilə qarşılayıb. Belə ki, diplomatik nümayəndəliyin həyətində səs gücləndiriciləri ilə türk marşları və nəğmələri yüksəkdən səsləndirilir. Bununla Türkiyənin ermənilərin yalan və əsassız iddialarını qəbul etmədiyi göstərilir.
Səfirliyin binası önündə isə Ağrı dağının fotoşəkilləri sərgilənib. Türkiyənin ən hündür dağının fotoları ötən gündən ölkənin Milli Suverenlik və Uşaq Bayramına həsr olunan tədbiri çərçivəsində nümayiş etdirilir.
Cavab aksiyasına Gürcüstanın bir qrup azərbaycanlı gənci də əllərində Azərbaycan və Türkiyə bayraqları ilə dəstək olublar. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar