Türkiyənin Müdafiə nazirinə hücum etdilər
Yunanıstanın Egey və Aralıq dənizindəki birtərəfli planlarını tənqid edən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar yunan mətbuatının hədəfinə çevrilib.
xəbər verir ki, yunan adalarının qanunsuz silahlandırılmasına etiraz olaraq "bu addımlara icazə verməyəcəyik" deyən naziri həddini aşmaqda, Afinanın milli suverenliyini mühakimə etməkdə ittiham edirlər.
Yunanıstan Dövlət Agentliyi başda olmaqla, "Proto Thema", "Vima", "Kathimerini" kimi qəzetlər "Türk nazirdən təhrikedici açıqlamalar. Yunanıstanın sahibi olduğu adaları sahibi bəlli deyilmiş kimi göstərməyə çalışan Hulusi Akar ölkəmizin qanunsuz silahlandırılma apardığını iddia edəcək qədər irəli gedib" kimi iddialar dərc edib.
Qeyd edək ki, nazir məsələ ilə bağlı "Hürriyət"ə açıqlamasında bu sözlərə yer vermişdi: "23 adanın 16-sı razılaşmalara zidd olaraq 1936-cı ildən bəri silahlandırılır. Dünyanın heç bir yerində görülmədiyi formada quru suları sərhədi 6 mil olmasına rəğmən, hava məkanının 10 mil olduğunu iddia edirlər. Bu məntiqəuyğun deyil. Kiprdə, Şərqi Aralıq dənizində və Egeydə haqlarımızın qəsb edilməsinə göz yummayacağıq. Hər hansı formada haqlarımıza qarşı qərar verilməsinə icazə verməyəcəyik".
Zümrüd /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi