"Türkiyənin və Azərbaycanın daxili siyasətinə qarışanlara səssiz qalmayacağıq" - Seyfettin Ayakyay

"Azərbaycanın müxalifət partiyası AXCP-nin Türkiyədəki müxalifət partiyaları ilə əlbir olduğu və bu partiyanın sədr müavini Seymur Həzinin Türkiyədə sayı yeddidən çox olan siyasi partiyalarla təmasının səbəbi indi bəlli olur. TBM-dəki bir neçə deputatın bəzi xarici ölkələrdə Türkiyəyə qarşı təbliğat aparmasına necə reaksiya veririksə, Azərbaycana qarşı aparılan və faktlara uyğun olmayan təxribata da səssiz qalmayacağıq. Ən azından mən buna Azərbaycan əsilli bir türk kimi, Türkiyə-Azərbaycan Dərnəklər Dostluğu Federasiyasının yaradılmasında fəal iştirakıma görə göz yuma bilmərəm".
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan Dərnəklər Dostluğu Federasiyasının Dil Tarixi bölməsinin rəhbəri Seyfettin Ayakyay deyib.
O bildirib ki, AHCP partiyasının sədr müavini Seymur Həzi "Polit FM yotube" kanalında canlı yayımda Türkiyə ilə Azərbaycan arasındakı həmrəylik əlaqələrini pozan, "iki ölkə enerji əməkdaşlığı sahəsində yollarını ayırır" kimi yanlış fikirlər səsləndirib. O, həmçinin İsveçin NATO-ya daxil olmaq istəmədyini, bunun Rusiyanın Türkiyə üçün qurduğu tələ oldğunu dilə gətirib.
"Seymur Həzi nəinki Aİ Parlamentini rüşvətxorluqda, ermənilərdən "konyak" almaqda ittiham edir. Onun sözlərinə görə, Azərbaycan prezidentinə rüşvət almağı Putin öyrədib. Məlum deyilmi ki, kürünü yeyən onunla (konyak) içməlidir?, – deyə o soruşur. Maraqlıdır, Seymur Həzi özü xaricə gedəndə "Kürü"nü kimə aparmışdı?", – deyə Seyfettin Ayakyay bildirib.
O bildirib ki, AXCP sədrinin müavini Türkiyəyə son səfəri zamanı bütün müxalifət partiyalarını ziyarət edib, münasibətlərin  normallaşması üçün səy və fəaliyyətlərdə mühüm rol oynayıb, həmçinin iki protokolun hazırlanması və imzalanmasında iştirak edib.
"Həmçinin, 1998-ci ildən etibarən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün çalışan, məşhur "erməni açılımı"nın müəlliflərindən olan Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviközü də ziyarət etməyi unutmayıb. Həmçinin Seymur Həzi Sadət Partiyasının İstanbul qərargahında partiyanın Xarici Siyasət üzrə sədr müavini Mustafa Kayanı ziyarət edib. O, iki ölkə arasındakı əlaqələrdən, Azərbaycan və Türkiyənin gələcəkdə Türk-İslam coğrafiyasında yarada biləcəyi nümunələrdən danışıb. Bu gün o, "xalqlarımızın münasibətlərinə xələl gətirənlər üzərində qurulan siyasət"in düzgün olmadığını deyib. Maraqlıdır, bu zərər verənlər kimdir, o, kimləri nəzərdə tutur? Seymur Həzi, səfərini Gələcək Partiyasının qərargahında davam etdirib. Partiyanın xarici siyasət üzrə sədr müavini Türkiyənin İran və Rusiyadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Feramuz Üstün ilə görüşüb", deyə Seyfettin Ayakyay əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 05 mart 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza


son xeberler azerbaycan xeberleri yeni xeberler sosial yardim butun xeberler az xeber cəbhədən son xeber