Türklər İrəvana çatıb, ölkəmiz ölür - Paşinyan Azərbaycan qorxusunu necə çatdırdı?
Erməni psixoloq Karine Nalçacyan 11 yanvarda Moskvada Prezidentlər İlham Əliyev və Vladimir Putin ilə birgə mətbuat konfransına çıxan Ermənistanın baş naziri Nikol Paşinyanın psixoloji görüntüsünü təhlil edib.
Publika.az xəbər verir ki, psixoloq Paşinyanın ədəbsizliyindən danışıb.
"Ermənistanın baş naziri, heç olmasa, bir az ədəb sahibi olsaydı, ötənilki mesajını açmalı, o vaxt verdiyi vədləri xatırlamalı və bütün bunları yerinə yetirə bilmədiyimiz üçün üzr istəməli idi. Bu, nəyi göstərir? Bir insanın məsuliyyət hissi olmadığını. Yəni gündəlik həyatda kiməsə söz verdiyin halda onu yerinə yetirə bilməsən də, etiraf etməli və edə bilmədiyin üçün üzr istəməlisən. Paşinyan isə bunun əvəzinə 2021-ci ildə xoşbəxtlik diləyərək xalqa yeni vədlər verir", - K.Nalçacyan bildirib.
Psixoloq Nikol Paşinyanın son məqaləsindən danışarkən qeyd edib ki, bu materialı oxuyarkən insan özünü "Əyri Güzgülər Krallığı"nda hiss edir: "Bu il xoşbəxtlik Sünikə gedən yolun bağlanmasında olacaq. Bu, yeganə yoldur, həyat yoludur. Bu adamın nəyi məhv etdiyinə baxın. Artıq dağıntıları ilə Qaregin Njdeyə çatıb. Ölkəmiz ölür. Gözəl günlərin birində bizə deyəcəklər: bilirsiniz, bu, ağrılıdır, amma türklər (azərbaycanlılar - red.) artıq İrəvana çatıblar".
Psixoloq həmçinin vətəndaşları Nikol Paşinyanın hərəkətlərini hər hansı ruhi xəstəlik və ya digər pozuqluqlarla müqayisə etməməyə çağırıb. Onun sözlərinə görə, Paşinyan hər şeyi ağlı ilə edir: "Ayıq düşüncəli bir insan düşünülmüş proqram həyata keçirir. Hər hansı bir cəmiyyətdə bu tip insanlar 3 faizdir - nə vicdanı, nə də günah hissi var. Bu cür insanlar ustalıqla yalan söyləyirlər. Hətta gözlənilməyən insanları da aldada bilərlər".
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək