Türkmənistanda Özbəkistana görə baş nazirin iki müavini vəzifəsini İTİRDİ
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov respublikanın yanacaq-energetika kompleksində bir sıra dəyişikliklər edib.
KONKRET.azxəbər verir ki, bu barədə "Fərqanə" agentliyi məlumat yayıb.
Bildirilib ki, baş nazirin iki müavini Şahım Abdrahmanov və Çarımurad Purçekov vəzifədən azad edilib.
Qeyd olunub ki, əvvəllər prezidentin neft və qaz məsələləri üzrə müşaviri vəzifəsini tutan Aşirqulu Beqliyev baş nazirin yeni müavini olub. Baş nazirin elektrik energetikası, tikinti və sənaye məsələləri üzrə müavini vəzifəsini əvvəllər tikinti istehsalı naziri işləmiş Baymurad Annaməmmədov tutub.
Bildirilib ki, bu dəyişikliklər Özbəkistanın qaz təchizatında fasilələrə səbəb olan problemlərlə bağlıdır. İlkin hesablamalara görə, altı gün ərzində qonşu respublikaya qaz təchizatının məcburi dayandırılması zamanı dəymiş ziyanın məbləği 59,7 milyon dollar təşkil edib.
Qaz təchizatındakı nasazlıqlarla əlaqədar "Türkmənqaz"ın altı əməkdaşı, o cümlədən Maddi-Texniki Ehtiyatlar Departamentinin rəisi Şöhrət Əjdərov həbs edilib. "Türkməntransqaz" birliyinin rəhbəri Şöhrət Çopanov və "Türkmənqaz"ın rəhbəri Batır Amanov isə prezidentdən şiddətli töhmət alıb.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir