Türkmənistanda xaricə səyahət etmək istəyənlər MTN-də imtahan VERİRLƏR

Türkmənistanda xaricə səyahət etmək istəyənlər MTN-də imtahan VERİRLƏRTürkmənistanda ölkəni tərk etmək istəyən vətəndaşlar üçün əlavə tələblər tətbiq edilir. Yeni qaydalar artıq xarici vizası olan vətəndaşlara şamil edilir. Belə ki, xaricə getməyə hazırlaşan şəxslər Milli Təhlükəsizlik Nazirliyində (MTN) müsahibədən və psixoloji testdən keçməlidir.
KONKRET.az xəbər verir ki, bu barədə "Azatlıq" ("Azadlıq") məlumat yayıb.
Qeyd olunub ki, xarici ölkələrdən viza almış vətəndaşlar xüsusi anketlər doldurmalı, testdən keçməli və viza müddəti bitənə qədər Türkmənistana qayıdacaqlarına dair zəmanət məktubu yazmalıdır.
Qəzet yazır ki, Balkan Vilayətinin Miqrasiya Xidməti xaricə getmək üçün viza almış bütün vətəndaşların siyahısını Milli Təhlükəsizlik Nazirliyinə təqdim edir. Bundan sonra viza almış şəxslər rayon idarələrinə çağırılır. İdarədə MTN-in miqrasiya məsələləri üzrə məsul əməkdaşı onlarla söhbət edir və onlardan anket doldurmağı tələb edir.
Müxbirlər yeni tələblərlə qarşılaşan bir neçə şəxslə söhbət edib. Onlar Türkiyə və Qazaxıstana səfərlər planlaşdırdıqlarını bildiriblər.
Sakinlərin sözlərinə görə, yeni qaydalara əsasən, istənilən dövlətdən viza almış vətəndaş bu vizanı miqrasiya xidmətinin yerli idarələrində qeydiyyatdan keçirməlidir. Belə ki, vətəndaşlar miqrasiya xidmətinə gəldikdə onlara müəyyən gündə yerli administrasiyaya məlumat vermələri tapşırılır.
Onlar bildirib ki, ölkədən çıxışa icazənin verilib-verilməməsi məsələsini yerli MTN zabiti həll edir.
MTN-də sorğulanan yerli sakin müsahibənin necə keçdiyindən danışıb:
"Biz səhər saat doqquzda idarədə toplaşmışdıq. Bizdən iki anket doldurmağı xahiş etdilər. Anketdə birmənalı olmayan suallar var idi. Qadınlardan və qızlardan soruşurlar: "Qızıl zinət əşyalarını sevirsən? Əcnəbi ilə evlənərdiniz? Narkotiklərə münasibətiniz necədir? Hansı messencerlərdən istifadə edirsiniz?" Daha 60 oxşar suala cavab verməli olduq".
Türkmənbaşı sakinlərinin dediyinə görə, MTN əməkdaşları ilə müsahibədən sonra üç nəsildə "üç arka" qohumlar arasında cinayət tərkibinin olmaması ilə bağlı məlumatlarını yoxlayırlar və viza müddəti bitməmiş Türkmənistana qayıdacaqlarına dair zəmanət məktubu yazmağı tələb edirlər. Onların sözlərinə görə, vaxtında geri qayıtmasalar, barələrində cinayət işi başlanacaq və "üç arka" arayışında onların cinayətkar olması barədə qeyd ediləcək.
"Azatlıq" radiosu yeni qaydalarla bağlı miqrasiya orqanlarından rəsmi məlumat ala bilməyib.
Amma Balkan vilayətindəki miqrasiya xidmətinin əməkdaşları bildirib ki, tələblərin artması ölkəni tərk edən vətəndaşların əksəriyyətinin geri qayıtmaması ilə bağlıdır:
"Təyyarələr bizdən dolu uçur, ancaq 15 sərnişinlə geri qayıdır. Ölkənin ali rəhbərliyi bu vəziyyətdən hiddətlənir və narahatdır. İnsanları ölkəni tərk etməyin yollarını axtarırlar".
Qeyd olunub ki, bu ilin yeddi ayı ərzində 40 minə yaxın Türkmənistan vətəndaşı Özbəkistana gedib. Özbəkistan Prezidenti yanında Statistika Agentliyinin məlumatına görə, bu ölkəyə gələn əcnəbilərin sayına görə Türkmənistan vətəndaşları 6-cı yeri tutur.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 01 sentyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə

Tarix bəzən kitab səhifələrində deyil, daşların yaddaşında yaşayır. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian memarlığı nümunələri də məhz belə bir yaddaşın daşıyıcılarıdır. Xudavəng, Gəncəsər, Arzu Xatun kilsəsi v

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxəbər butun xeberler son xəbərlər azərbaycanda cəbhədən şad xəbər