Üç ölkə prezidenti Orta Asiyanın inkişafı naminə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında SAZİŞ İMZALADI

Üç ölkə prezidenti Orta Asiyanın inkişafı naminə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında SAZİŞ İMZALADIÜç ölkənin prezidenti Orta Asiyanın inkişafı naminə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında saziş imzalayıblar
KONKRET.az xəbər verir ki, iyulun 21-də Çolpon-Ata şəhərində Mərkəzi Asiya Ölkələri Liderlərinin IV Məşvərət Görüşündə XXI əsrdə Mərkəzi Asiyanın inkişafı naminə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bu sazişi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalayıblar. Sammitdə Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak ediblər.
Ölkələr arasında həmçinin bu sənədlər də imzalanıb:
– Beynəlxalq Aralın Xilas olunması Fondunun təsisçi dövlətlərinin rəhbərlərinin Fondun prezidentinin səlahiyyətlərinin uzadılması haqqında qərarı
– Mərkəzi Asiya Ölkələri Liderlərinin Məşvərət Görüşünün birgə bəyanatı
– Mərkəzi Asiya dövlətləri arasında çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı fəaliyyət konsepsiyası
– "Mərkəzi Asiya üçün Yaşıl Gündəm" regional proqramı
– 2022-2024-cü illər üçün regional əməkdaşlığın inkişafına dair yol xəritəsi
"Bu gün biz 21-ci əsrdə Mərkəzi Asiyanın inkişafı naminə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında müqavilə imzalayacağıq.
Əminəm ki, bu mühüm sənəd regionumuzun ölkələri arasında gələcək yaxınlaşma proseslərinə və dövrümüzün yaranan çağırış və təhdidlərinin aradan qaldırılmasında birgə səylərin birləşdirilməsinə müsbət təsir göstərəcəkdir.
Bu, tarixi məqamdır və ümid edirəm ki, bu Müqavilə Mərkəzi Asiya məkanında ümumi tərəqqi üçün etibarlı əsas olacaq", – Sadır Japarov Məşvərət Görüşünün iclasında deyib.
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 22 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri krimnal bugun axsam.az xeberler gunun xeberleri