Üç ölkəni təmsil edən 10 gənc fotomüxbirin Şuşaya səfəri təşkil olunacaq
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək" İctimai Birliyi tərəfindən "Shusha, the cultural capital of Azerbaijan, in photos" (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsinin icrasına başlanılıb.
Layihə rəhbəri Fərhad Abdulov azxeber.com-a bildirib ki, məqsəd Azərbaycan, Gürcüstan və Türkiyədən olan gənc fotomüxbirlər vasitəsilə Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ etməkdir.
Tanınmış fotomüxbir Orxan Əzimin ekspert kimi iştirak etdiyi layihə çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyədən olan 10 gənc fotomüxbirin Şuşaya səfəri təşkil olunacaq. Gənc fotomüxbirlər tərəfindən Şuşa şəhərində çəkilmiş fotolar hər 3 ölkənin sosial şəbəkə platformalarında geniş şəkildə paylaşılacaq. Bundan əlavə layihə çərçivəsində Şuşanın mədəni irsini əks etdirən fotoların yerləşdirildiyi açıqcalar çap olunacaq. Növbəti mərhələdə Bakı, Tbilisi, Marneuli, Bolnisi, İstanbul, Əskişəhir və Antalyada fotosərgilər təşkil olunacaq.
Azərbaycan Respublikasının Gənclər Fondunun "Şuşa İli" ilə bağlı elan etdiyi müsabiqədənkənar qrant müsabiqəsinin qalibi olan layihə Şuşanın tarixi və mədəni irsi, gənclərin qayıdışa motivasiya olunması və Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlılığın artırılmasının fotolar vasitəsilə həyata keçirilməsi ideyasına xidmət edir.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var