Üç övladı xəstə olan ana yardım diləyir: "Kirayə pulunu belə ödəyə bilmirik, dəstəyə ehtiyacımız var" - FOTO
Həsən, Hüseyn və Filiz Cəfərovların yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var.
Bu barədə Oxu.Az-a onların anası Rəmziyyə Cəfərova məlumat verib.
O bildirib ki, övladları Həsən və Hüseyn anadangəlmə ürək xəstəliyindən, qızı Filiz isə miopatiya xəstəliyindən əziyyət çəkirlər.
"Həsən və Hüseyn əkiz övladlarımdır. Onlar anadangəlmə ürək xəstəliyindən əziyyət çəkirlər. İnanın ki, doğulduqları gündən müalicədəyik. Hazırda onların əməliyyata ehtiyacları var. Əməliyyat isə Almaniya və ya İsraildə həyata keçirilə bilər. Bu əməliyyatı qarşılamaq üçün bizim 60-70 min manata ehtiyacımız var".
Rəmziyyə Cəfərova qızı Filizin müalicəsi üçün də dəstəyə ehtiyacları olduqlarını deyib.
"Filiz anadangəlmə miopatiya xəstəliyindən əziyyət çəkir. İnanın, hər ay müalicələrdəyik, hazırda ayaqlarında cürümə gedir. Filizin əməliyyatı üçün 30 min manata ehtiyacımız var. Mən evdar qadınam, yoldaşım isə artıq 17 ildir vətənə xidmət edir. Özümüz Sumqayıtda kirayədə yaşayırıq. Artıq iki aydır kirayənin pulunu da verə bilmirik. Uşaqların aylıq müalicəsi üçün 1 800-2 000 manat xərcimiz çıxır. İnanın, həm bu müalicələri qarşılayıb, həm günlük xərcləri qarşılamaq bizim üçün çox çətindir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 203-08-85.
Kapital Bank: 5239 1517 0998 7005.




/ azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir