UEFA final oyunlarının hakimlərini AÇIQLADI
UEFA 2023-2024-cü illər mövsümündə avrokubokların final oyunlarına hakim təyinatlarını açıqlayıb.
KONKRET.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasında İspaniyanın "Real Madrid" və Almaniyanın "Borussiya Dortmund" komandaları arasında keçiriləcək həlledici matçı (1 iyun) sloveniyalı referi Slavko Vinçiç idarə edəcək.
Qadın futbolçular arasında qitənin bir nömrəli klub turnirinin finalı (25 may) ingiltərəli Rebekka Uelşə tapşırılıb. O, İspaniya "Barselona"sının Fransa "Lion"u ilə duelində ədaləti qoruyacaq.
Avropa Liqasında İtaliya "Atalanta"sı ilə Almaniya "Bayer"inin görüşünün (22 may) baş hakimi rumıniyalı İştvan Kovaç olacaq.
Konfrans Liqasında Yunanıstanın "Olimpiakos" və İtaliyanın "Fiorentina" komandaları arasında reallaşacaq qarşılaşma (29 may) isə portuqaliyalı hakim Artur Soareş Diaşa həvalə olunub.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto