Ukrayna ABŞ-dan hərbi kömək istədi
Ukraynanın müdafiə naziri Aleksey Reznikov ABŞ-ın Müdafiə Nazirliyinə (Pentaqon) hərbi yardım üçün müraciət edib.
Publika.az report-a istinadla xəbər verir ki, bunu "Foreign Policy" jurnalı Ukraynanın hərbi rəsmisinə istinadən yazıb.
Nazir həmçinin "Taliban"ın hakimiyyəti ələ keçirilməsindən öncə Əfqanıstan üçün nəzərdə tutulan silahların Ukraynaya verilməsini xahiş edib.
Adı açıqlanmayan məmurun sözlərinə görə, söhbət bombardmanlar və elektromaqnit hücumlarından qoruyan hava, dəniz müdafiəsi və radioelektron mübarizə vasitələrinin təmin ediməsindən gedir. Bundan əlavə, Ukrayna ABŞ-dan Mİ-17 helikopterləri almaq istəyir.
Bildirilib ki, rəsmi Vaşinqton Ukraynanın yardım müraciətini, o cümlədən Rusiyanın mümkün hücumlarını qabaqlayan digər variantları da nəzərdən keçirir. Eyni zamanda Ukrayna Hərbi Hava Qüvvələrinin ehtiyaclarını qiymətləndirmək məqsədilə Ukraynaya Pentaqonun rəsmiləri göndərilib.
Qeyd edək ki, bundan əvvəl "Washington Post" qəzeti Rusiya ilə Ukrayna arasındakı sərhədə hərbi birləşmələrin yerləşdirilməsi barədə material yaymışdı. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov isə "Military Times" qəzetinə müsahibəsində sərhədə 92 min rusiyalı hərbçinin cəmləndiyini və yanvarda vəziyyətin kəskinləşəcəyini söyləmişdi.
Bu yaxınlarda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Ukrayna sərhədləri yaxınlığında 115 min hərbçi yerləşdirdiyini açıqlamışdı.
Ukrayna Prezidenti Vladimir Zelenski də noyabrın 26-da keçirdiyi mətbuat konfransında eskalasiyanın hər an baş verməsinin mümkünlüyünü bildirmişdi.
Rusiya tərəfi isə bütün iddiaları rədd edir.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var