Ukrayna KİV-lərində "Publik diplomatiya" liderlərinin reytinqi dərc edildi

Ukrayna KİV-lərində "Publik diplomatiya" liderlərinin reytinqi dərc edildiDünya siyasəti institutu Ukraynanın xaricdəki səfirliklərinin və Ukraynada akkreditə edilmiş xarici diplomatik nümayəndəliklərin internet səhifələrində dərc edilən informasiyanın təhlili əsasında publik diplomatiya reytinqini tərtib edib.
Publika.az xəbər verir ki, keçən il əcnəbi diplomatlar pandemiya şəraitində işlədiklərinə baxmayaraq, onların çoxu yeni şəraitə uyğunlaşa bildiklərini nümayiş etdirib.
İnstitut bu reytinqi tərtib edərkən keçən ildə olduğu kimi bu dəfə də diplomatik nümayəndəliklərin fəaliyyətini qiymətləndirərkən onların öz rəsmi saytlarındakı informasiyanı əsas götürüb. İnstitutun tərtib etdiyi xüsusi qiymətləndirmə şkalasında dövlət rəhbərlərinin, parlament və hökumət rəhbərlərinin səfərləri, iqtisadi və siyasi əlaqələr, diaspor ilə dialoq nəzərə alınıb.
Ukraynada 100-dən çox xarici ölkənin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Ukraynada "Publik diplomatiya" reytinqinin liderlərinin ilk beşliyinə daxildir.
İnstitutun hesabatında deyilir: "Azərbaycanın səlahiyyətli nümayəndəsi Ukraynaya 2020-ci ilin baharında gəlməsinə və etimadnamələrini Prezident Vladimir Zelenskiyə təqdim etməsinə baxmayaraq, bu müddətdə Ukrayna KİV-lərinin diqqətini cəlb edə bilib. Xanım səfir ötən ilin payızında Dağlıq Qarabağda ölkənin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüşlər zamanı həm rəsmi informasiyadan istifadə etməklə, həm də özünün yazıçı istedadını səfərbər etməklə Azərbaycanın mövqeyini fəal müdafiə edib".
Qeyd edək ki, reytinqin ən yaxşı liderlərinin ilk beşliyinə Albaniya Respublikasının Ukraynadakı fəxri konsulu, etnik azərbaycanlı Şahin Ömərov da daxildir.

Dünya       Tarix: 01 may 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler dunyada son xeberler beynelxalq bank mezenne cəbhədən son məlumatlar