Ukrayna millisinin sabiq kapitanı barədə cinayət işi AÇILDI
Ukrayna millisinin sabiq kapitanı, hazırda Sankt-Peterburqun "Zenit" klubunun məşqçi heyətində çalışan Anatoli Timoşçuk barəsində cinayət işi açılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prokurorluğunun rəsmi saytı məlumat yayıb.
Cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 111-2-ci maddəsi üzrə açılıb. Timoşçukun Rusiya ordusunu maliyyələşdirməkdə şübhəli bilindiyi bildirilir. Bu maddə üzrə maksimal cəza 12 il azadlıqdan məhrumetmədir.
İttihamların mahiyyəti 2024-cü ilin sentyabrında keçirilmiş "Zenit" və "Kayrat" komandaları arasındakı yoldaşlıq oyunu ilə əlaqələndirilir. Anatoli həmin oyunda iştirak edib. By qarşılaşmada "Zenit" futbolçuları Leninqrad mühasirəsi qurbanlarının xatirə gününə həsr olunmuş xüsusi köynəklərlə meydana çıxıblar. Oyundan sonra iştirakçıların imzası olan bu köynəklər hərraca çıxarılıb. Rusiya tərəfi iddia edir ki, əldə olunan gəlir Kursk vilayətində zərərçəkmiş sakinlərə göndərilib. Lakin Ukrayna prokurorluğunun nümayəndələri hesab edir ki, həmin pullar Rusiya ordusunun hərbçilərinə yönəldilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?