Ukrayna Rusiyaya qarşı BELƏ SAVAŞACAQ - Ordu hücuma yox, müdafiəyə hazırlaşır

Ukrayna Rusiyaya qarşı BELƏ SAVAŞACAQ - Ordu hücuma yox, müdafiəyə hazırlaşırUkrayna Silahlı Qüvvələrinin Rusiya ilə müharibə vəziyyətində necə hərəkət etməyi planlaşdırdığı barədə məlumat yayılıb.
Axar.az-a istinadla xəbər verir ki, bu haqda "Strana.ua" nəşri məlumat yayıb.
Qorlovka yaxınlığında yerləşən bölmənin mayoru nəşrə Donbasdakı vəziyyətin son zamanlar dəyişdiyini söyləyib:
"Hərbçilər mövqelərini gücləndirmək və düşmənin ehtimal olunan hücum xətti boyunca tank əleyhinə mina sahələri yaratmaq əmri alıblar. Bir neçə həftə əvvəl hücuma hazırlıq cəbhə xəttində davam edib. Top və zirehli texnikalar yaxınlaşıb. İndi Ukrayna hərbçiləri neytral bölgəni, yolları və hətta irəli mövqeləri minalayır, belə ki, düşmən hücumu halında qoşunlar ikinci, daha möhkəmləndirilmiş müdafiə xəttinə geri çəkilə bilər".
Digər ukraynalı hərbçi isə Krımla təmas xəttinin gücləndirildiyini, Luqansk istiqamətində hərəkət etməli olan bölmələrin Krım istiqamətində yerləşdirildiyini vurğulayıb.
Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba isə bəyan edib ki, Kiyevin Donbasda hücuma başlamaq niyyəti yoxdur. "Yox, Ukrayna Donbasdakı münaqişəni həll etmək üçün heç bir hücum, heç bir hərbi eskalasiya və ya təxribatçı addıma hazırlaşmır",-nazir deyib.
Təmas xəttində isə gərginlik qalmaqdadır, tərəflər bir-birlərinin mövqelərinə ara-sıra minomyot və artilleriya zərbələri endirirlər. Rusiya isə sərhədə qoşun cəmləşdirməkdə və təlimlər keçirməkdə davam edir. /publika.az

Dünya       Tarix: 21 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68


son xeberler yeni xeberler azerbaycan xeberleri futbol xeberleri cəbhədən canlı xəbər.az xeberler bu gun