Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
"Dost Azərbaycan xalqına bu çətin müharibə günlərində Ukraynaya etdiyi genişmiqyaslı köməyə görə təşəkkür edirəm".
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
"Azərbaycanın göstərdiyi yardımlar arasında minlərlə ton ərzaq məhsulları, tibbi avadanlıqlar və tibbi ləvazimatlar sayəsində Ukraynada bir çox insanların həyatının xilas edildiyini unutmuruq. İndiyədək edilən bütün yardımlar Azərbaycanın səmimi dostluğunun bariz nümunəsidir və biz bunu çox yüksək qiymətləndiririk. Bunu heç zaman unutmayacağıq. Azərbaycan rəhbərliyinə və xalqına çox minnətdarıq. İnanıram ki, biz dostlarımızın köməyi ilə ayaq üstə dayanacağıq və mütləq qalib gələcəyik", – səfir bildirib.
Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə bu gün Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.
Sözügedən yükün çəkisi 52.2 ton təşkil edir və 4 TIR vasitəsilə daşınır. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub.
Xatırladaq ki, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
"Qarabağ"ın 8-ci transferi - Cebrail Makreçkis
İlham Əliyev Lukaşenkonu təbrik etdi
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Şəmkirdə ağıq qəza - Ölən və xəsarət alan var
Yasamalda partlayışda həlak olan Zəhranın FOTOSU
Minik avtomobili yük maşınına çırpılıb - 3 nəfər xəsarət alıb
Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBİRLƏR QAZILDI
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
Azərbaycan cüdoçuları vətənə doqquz medalla döndülər - FOTO
Braziliya Norveçə qarşı
Niklas Züle futbola qayıdır: 9-cu liqada çıxış edəcək
Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik
Sürücülük vəsiqəsi almaq istəyənlərə şad xəbər: Bundan sonra
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR