Ukrayna təyyarəsini vuran İran hərbçilərinə bu CƏZA VERİLDİ
İran məhkəməsi 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarının (UİA) vurulmuş "Boeing" 737-800 təyyarəsi ilə bağlı yekun qərarını verib.
KONKRET.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani məlumat verib.
"Bu qəzanın İran ərazisində baş verdiyini nəzərə alan məhkəmə hadisəyə görə məsuliyyət daşıyan 10 vəzifəli şəxslə bağlı yekun qərar qəbul edib", – İranın "Tasnim" agentliyi diplomatdan sitat gətirib.
Qeyd edək ki, İran məhkəməsi 10 hərbçi barəsində hökm çıxarıb. "Tor–M1" zenit-raket kompleksinin ekipaj komandiri 13 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə digər 9 müttəhim, o cümlədən "Tor M-1" ekipajının əsgərləri və Tehrandakı Regional Əməliyyatlara Nəzarət Mərkəzinin nümayəndələri 1,5 ildən 3 ilədək həbs cəzası alıblar.
Məhkəmə qərarına əsasən, onlar həlak olanların ailələrinə hər ölənə görə 150 min dollar məbləğində təzminat ödəməlidirlər.
Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" təyyarəsi 8 yanvar 2020-ci ildə Tehran hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Ölən 176 nəfər arasında Əfqanıstan, Britaniya, Almaniya, İran, Kanada, Ukrayna və İsveç vətəndaşları var.
Yanvarın 11-də İran hərbçiləri "Boeing"i səhvən vurduqlarını və təyyarəni düşmən hədəfi ilə səhv saldıqlarını açıqlayıb. Tehran qəzanın səbəbləri ilə bağlı texniki hesabat layihəsini Kiyevə təhvil verib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bunu qəzanın əsl səbəblərini gizlətmək cəhdi adlandırıb.
İqbal Rzayev,
KONKRET.az

Qızılca ilə bağlı son vəziyyət açıqlandı
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi+Fotolar
Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb
Dənizdə batan tələbələrin - Fotosu
Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Bu işlərdə çalışanların ödündə daş yaranır
Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub
Serdar Ortaç vəsiyyətini açıqladı
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı