"Ukrayna yaxın 4 gündə təslim olacaq" - Anonim ABŞ rəsmiləri
ABŞ rəsmiləri "Newsweek" nəşrinə bildiriblər ki, onlar Kiyevin bir neçə gündə Rusiya qüvvələrinin əlinə keçəcəyini və bundan sonra ölkənin müqavimətinin effektiv şəkildə zərərsizləşdiriləcəyini gözləyirlər.
KONKRET.az xəbər verir ki, anonimlik şərti ilə danışan rəsmilər bildiriblər ki, Rusiya prezidenti Vladimir Putinin qonşu ölkəni "demilitarizasiya etmək" üçün keçirdiyi "xüsusi hərbi əməliyyat"dan göründüyü kimi, Moskvanın diqqət mərkəzində Ukrayna qüvvələrini mühasirəyə almaq və onları təslim olmağa məcbur etmək olacaq.
Rəsmilər Kiyevin 96 saat ərzində alınacağını, təxminən bir həftə sonra Ukrayna rəhbərliyinin yenilənəcəyini gözləyirlər.
Rusiyanın Ukrayna hərbi qurumlarına hücumları, Çernobıl nüvə obyekti də daxil olmaqla, strateji nöqtələri ələ keçirmək istəyən quru qoşunlara dair hesabatlar daha əhatəli hərbi kampaniyasının yalnız ilkin mərhələsi kimi görünür.
Rusiya ilə bağlı böyük təcrübəyə malik keçmiş yüksək rütbəli ABŞ kəşfiyyatçılarından biri də oxşar fikirləri dilə gətirib.
ABŞ kəşfiyyatının keçmiş yüksək rütbəli zabiti anonimlik şərti ilə "Newsweek"-ə deyib: "Hava və artilleriya həmlələri bitdikdən və quruda müharibə, həqiqətən, başlayandan sonra, məncə, Kiyev cəmi bir neçə günə çökəcək".
Keçmiş kəşfiyyatçı əlavə edib: "Hərbi kampaniya bir az daha uzun sürə bilər, lakin o qədər də uzun müddətli olmayacaq".
Daha sonra ABŞ kəşfiyyatının yüksək rütbəli zabiti bildirib ki, növbəti mərhələ potensial Ukrayna müqaviməti ABŞ prezidenti Co Baydenin partizan səylərini dəstəkləyərək Moskvanı daha güclü təxribata cəlb etmək qabiliyyətinə və istəyinə görə müəyyənləşə bilər.
Keçmiş yüksək səviyyəli ABŞ kəşfiyyat zabiti bildirib: "Sonra bu, əsasən Baydendən asılı olaraq, ya güclü bir üsyana çevriləcək, ya da heç olmayacaq".
Ukrayna prezidenti Vladimir Zelenski hökumətinə yaxın və adının çəkilməsini istəməyən mənbə Kiyevin 96 saat ərzində mühasirəyə alına biləcəyi ilə bağlı ABŞ-ın qiymətləndirməsi ilə razılaşıb. Lakin o, Zelenski hökumətinin süqutuna inanmır: "Məncə, bunu demək tezdir. Ukrayna gözlənildiyindən daha yaxşı vəziyyətdədir".
Adının açıqlanmasını istəməyən bir NATO diplomatı "Newsweek"-ə deyib: "Şəxsi fikrim: təəssüf ki, bu, olduqca inandırıcı səslənir. İndi ilk 24 saat əhəmiyyət kəsb edir". Yenisabah.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var