Ukraynada universiteti bitirən Azərbaycan vətəndaşlarının sayı açıqlandı
Ukraynada fevralın 24-dən davam edən müharibəyə baxmayaraq bu il 207 Azərbaycan vətəndaşı həmin ölkənin ali təhsil müəssisələrini bitirərək diplom alıb.
azxeber.com xəbər verir ki, bu barədə "report"a Ukrayna Təhsil və Elm Nazirliyindən bildirilib.
Ölkədəki mövcud hərbi vəziyyət nəzərə alınaraq növbəti tədris ili üçün Azərbaycan vətəndaşlarının Ukrayna universitetlərinə qəbuluna gəlincə, nazirlikdən məlumat verilib ki, bu il ali təhsil səviyyəsi üzrə yeni qəbul proseduru təsdiqlənib:
"Xarici vətəndaşlar əyani və ya məsafədən təhsil ala bilərlər. 2022-ci ildə təhsil almaq üçün dəvət 1 il müddətində etibarlıdır. Vizasız rejimi nəzərə alaraq, Ukraynanın təhsil müəssisələrinə distant rejimdə daxil olmaq və təhsil almaq istəyən Azərbaycan vətəndaşları təhsil müəssisəsi ilə əlaqə saxlamalı və təhsil almaq üçün dəvət almalıdırlar. Daha sonra informasiya və konsaltinq dəstəyi üçün bir sıra xidmətlərə ödəniş edilməlidir. Abituriyent Ukraynanın Xarici İşlər Nazirliyində və ölkənin Azərbaycandakı səfirliyinin konsulluq şöbəsində təhsil haqqında sənədi leqallaşdırmalıdır (konsul leqallaşdırması və ya apostil).
Abituriyent onlayn şəkildə qəbul imtahanları verdikdən sonra isə poçtla təhsil haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini göndərilməlidir. Qeydiyyat kiçik bakalavr, bakalavr və ya magistr pillələri üzrə ildə üç dəfə, aspirantura və adyunkturaya isə bir il müddətində aparıla bilər".
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var